PAYIZ

Font:      

Payızdır, yenə də göyün üzünü
Bozarıb qaralmış bulud alıbdır.
Ağsaçlı dağlara, günəşli düzə
Kədərli yorğanın duman salıbdır.

Yarpaqlar saralıb yerə tökülüb
Ağaclar soyunub çılpaq qalıbdır.
Nəğməkar quşların səsi kəsilib
Meşələr qüssədən fikrə dalıbdır.

Elə bil qəmlidir dağ da, bulaq da,
O da bu aylardan, yalqız olubdur.
Çəmənlər, çiçəklər bu şən oylaqda
Kim bilir nə zaman, haçan solubdur.

Arabir boylanıb günəş çıxsa da,
Torpağı, çəməni isindirmir o,
Dibçəkdə güllərim çiçək açsa da
Qəlbimi oxşayıb sevindirmir o.



Oxunub: 1889

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

Kitablar

Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri
Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması
Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası
Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri
Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması
Dağlarım mənim Dağlarım mənim