DAĞ ÇAYI

Font:      

Mən sənə dünənim, gəncliyim deyim
Daima çağlayıb coşan, dağ çayı!
Yoxsa ki, bu günüm, səhərim deyim
Hərdən-bir dincəlib susan, dağ çayı!

Qarlı zirvələrdir əzəlin sənin,
Yaşıl meşələrdir bəzəyin sənin,
Çəmənin, çiçəyin, gülşənin sənin-
Könlümü oxşayıb açan, dağ çayı!

Hər xırda şırımın, iri qolların,
Sulanıb suyundan soyuq buzların,
Köksündən axaraq uca dağların –
İldırım sürətlə axan, dağ çayı!

Buludlar toqquşub səs salan zaman,
Sən də guruldayıb şaqqıldayırsan.
Dağlarda yağışlar gur yağan zaman,
Yolunu azdınb çaşan, dağ çayı!

Havalar isinib bahar olanda,
Şəfəqin dağlara günəş saçanda,
Dərəyə, təpəyə sular axanda –
Seliylə hər yanı basan, dağ çayı!

Çəmənli, çiçəkli yastı təpələr,
Sıldırım yamaclı dərin dərələr,
İldırım qanadlı sərin küləklər –
Oxşayır könlünü haçan, dağ çayı?

6.III.1969



Oxunub: 2992

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

Kitablar

Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri
Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması
Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası
Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri
Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması
Dağlarım mənim Dağlarım mənim