1 fevral 1953cü il "Azərbaycan gəncləri"
GƏLƏCƏK ALİMLƏR

Font:      

İş günü qurtarmışdı. Bayaqdan bəri elmi işçilər və aspirantlarla dolu olan laboratoriya və kabinələrdə heç kəs qalmamışdı. Təkcə dəhlizin sağ cinahındakı meliorasiya laboratoriyasından işıq gəlirdi. Burada əynində ağ xalat olan orta boylu, qarabəniz bir oğlan üzərində müxtəlif kimya cihazları olan stolun arxasında təcrübə aparırdı. Gənc teztez təcrübə stolundan ayrılır, yazı stoluna yaxınlaşır, oradakı kitab və cədvəllərə baxırdı.
Gəncin başı işə o qədər qarışmışdı ki, professorun içəri daxil olduğundan xəbər tutmadı.
Muxtar, işlərin necə gedir? deyə professor V.R.Volobuyev aspiranta müraciət etdi.
Axşamınız xeyir professor deyə, Muxtar professorla salamlaşdı. — Necə də yerində gəlmişsiniz. Düz iki saatdır ki, təcrübə aparıram. Amma bir şey çıxmır.
Yəqin səhv salmısan deyib professor stola yaxınlaşdı.
Cihaz və maddələri diqqətlə nəzərdən keçirdikdən sonra əla
və etdi:
Oğul, xlor və duz qalıqları təcrübəsini bir daha aparmalı
olacaqsan. Ölçüləri səhv salmısan.
Professorun göstərişlərindən sonra Muxtar yeni həvəslə işə girişdi və tezliklə istədiyinə nail oldu.
Muxtar Abdiyev Azərbaycan SSR Elmlər Akademiyasının torpaqşünaslıq və aqrokimya institutunun aspirantıdır. O, torpaqşünaslıq sənətini təsadüfən seçməmişdir. Muxtar Ağdaşda boyabaşa çatmış və orta məktəbi orada bitirmişdir. Həmişə quru olan Şirvan düzləri Muxtarı çox düşündürürdü. O, özözünə deyirdi: "Mütəxəssis olub, doğma torpaqları münbitləşdirməyə çalışacağam".
Muxtar orta məktəbi müvəffəqiyyətlə bitirib S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakultəsinə daxil oldu. Universiteti yaxşı bitirdiyinə və ictimai işlərdə fə-al çalışdığına görə elmi sovet Muxtara aspiranturaya daxil ol-mağı təklif etdi... İndi Muxtarın öz arzusuna nail olmasına az qalmışdır. O "Şərqi Şirvan düzü torpağının su-duz rejimi" mövzusunda elmi işi başa çatdırmaqdadır.
Muxtar tək deyildir. İnstitutda təcrübəli professor və do-sentlərin rəhbərliyi altında 17 komsomolçu aspirant və gənc elmi işçi elmi-tədqiqat işlərilə məşğuldur. Torpaqşünaslardan Firəngiz İsmayılovanın və Rəfı Məmmədovun, aqrokimyaçı Şirməmməd Əsədovun elmi işləri Azərbaycan torpaqlarının münbitləşməsi probleminə həsr olunmuşdur.
Firəngiz İsmayılova dissertasiyanı başa çatdırmaq üzrədir. Lakin Firəngiz buna birdən-birə nail olmamışdır. O, əwəllər bir neçə dəfə müvəffəqiyyətsizliyə uğramışdır. Lakin yoldaş-ları - komsomolçular onu ruhdan düşməyə qoymamışlar. Ona hər vasitə ilə kömək etmişlər. Firəngiz İsmayılova indi insti-tutun qabaqcıl aspirantlarından sayılır.
Şəkildə: (yuxarıda) aspirant Muxtar Abduyev laboratoriya-da. (Aşağıda sağda) aqrokimya və torpaqşünaslıq bölməsinin müdiri kənd təsərrüfat elmlər namizədi R.Hüseynov yoldaş, kiçik elmi işçi Ş.Əsədova, aspirantlardan F.İsmayılova və R.Məmmədova məsləhət verir.



Oxunub: 1303

Kitablar

Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri
Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması
Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası
Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri
Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması
Dağlarım mənim Dağlarım mənim