12 Yanvar 1998-ci il "AZƏRBAYCAN"
O, VÜQARLI BİR ÖMÜR YAŞADI

Font:      

Azərbaycan meliorativ torpaqşünaslıq və torpaqların melio-rasiyası elmlərinin əsasını qoyan görkəmli alim, Torpaqşünas-lıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavi-ni, torpaqların rekultivasiyası laboratoriyasının yaradıcısı, kənd təsərrüfatı elmləri doktoru, professor Muxtar Rzaqulu oğlu Abduyevə tale imkan versəydi, bu il onun 70 yaşı tamam olacaqdı. Ancaq 1979-cu ildə gələn vaxtsız əcəl 53 yaşında ikən onun çiçəklənən həyat və yaradıcılıq eşqini söndürdü. Torpaq meliorasiyası sahəsində ilk azərbaycanlı elmlər dokto-ru M.Abduyev 1927-ci ildə əsas elmi fəaliyyətini sərf etdiyi Şirvan düzünün şimal-qərb hissəsində - Ağdaş rayonunun Üç-qovaq kəndində dünyaya gəlmişdir.
Orta məktəbi 1941-ci ildə, Pedaqoji Texnikumu isə 1944-cü ildə Ağdaşda bitirdikdən sonra Bakıda neft sənayesi sahə-sində işləmək üçün səfərbər olunmuşdu. "Qaradağneff'də iki il fəhlə işləmiş, 1946-cı ildə Azərbaycan Dövlət Universiteti-nin geoloji-coğrafiya fakültəsinə qəbul edilmiş, 1951-ci ildə yüksək göstəricilərlə təhsilini başa vurmuşdur. Sonra Azər-baycan Respublikası Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitutunun aspiranturasına daxil olmuşdur.
Doğulduğu və gəncliyini keçirdiyi ekoloji mühit, müxtəlif məqsədli səfərlərdə geniş Şirvan düzündəki müşahidələri, su-suzluqdan çadar-çadar olmuş torpaq, geniş şoran sahələr, ba-taqlıqlar, aşınmış yamaclar Muxtar müəllimin təbiətin müna-sibətinə əsaslı şəkildə təsir etmiş və onu torpaqlara şəfaveri-ci loğman kimi tədqiqat aparmağa sövq etmişdir. Onun 1956-cı ildə müdafıə etdiyi namizədlik dissertasiya işinin mövzusu da "Şirvan düzü torpaqlarının şorlanması və onunla mübarizə tədbirləri" olmuşdur.
Ciddi tədqiqat və yaradıcı işin nəticəsi kimi bu dissertasiya işində və çap etdirdiyi monoqrafıyada Şirvan düzündə şorlaş-ma, şorakətləşmə və suvarma zamanı qaysaq əmələgəlmə ki-mi halların coğrafı və genetik xüsusiyyətləri dərin təhlil olun-muş, torpaqların su və duz rejiminin tənzimlənməsi problem-ləri öz həllini tapmışdır.
Hələ gənc yaşlarından Muxtar müəllimin elmi yaradıcılığı üçün xarakter cəhət tədqiqatın qoyuluşundakı orijinallıq və kompleksiyin aydın təzahürü idi.
Muxtar müəllimin Mil, Siyəzən-Sumqayıt dağətəyi düzən-liyində Bozdağ, Harami, Babazan alçaq dağlıq sahələrində 10 il müddətində apardığı coğrafı və stasionar tədqiqat işlərinin nəticəsi olaraq, 1967-ci ildə müdafıə etdiyi doktorluq disser-tasiyası və 1968-i ildə çapdan çıxan "Delüvial formada şorlaş-mış torpaqlar və onların meliorasiya məsələləri" fundamental əsərində, ümumiyyətlə respublikamızın düzənlik və dağətəyi ərazilərində müxtəlif təbii şəraitlərdə və yeraltı qrunt suları-nın dayandığı sahələrdə şoran torpaqların yayılma qanunauy-ğunluluğunu şərh etməklə yanaşı, delüvial formada şorlaşmış torpaqların geniş ərazi tutduğunu müəyyən etmişdir. Həmçi-nin bu torpaqların pambıq və digər kənd təsərrüfatı bitkiləri-nin genişləndirilməsi üçün böyük imkanlara malik olduğunu göstərməklə yanaşı, mənimsəmə prosesində qarşıya çıxa bi-lən çətinlikləri də (ağır mexaniki tərkib, zəif sukeçirmə qabi-liyyəti, şorlaşma və s.) müəyyənləşdirilmişdir.
Az məhsul verən delüvial şorlaşmış torpaqların yaxşılaşdı-rılması bu torpaqların genetik mənşəyi, istifadəsi üçün vacib hesab olunan meliorativ tədbirlər kompleksi, torpaqlarda fəsil-lər üzrə müşahidə olunan dəyişkənlik və bu ərazilərdə duzla-rın miqrasiya xüsusiyyətləri öz təhlilini tapmışdır.
M.Abduyevin 1973-cü ildə çapdançıxmış "Mil düzü torpaq-larının meliorativ yaxşılaşdırılması" əsərində 340 min hektar sahəsi olan geniş coğrafı ərazinin rəngarəng təbiətinin hərtə-rəfli təsviri verilmiş, ərazinin təbii ehtiyatlarının əsasını təşkil edən torpaq örtiiyü və bu torpaqlarda gedən proseslər dərin-dən təhlil olunmuşdur. Bu proseslərdə fəal rol oynayan suda asan həll olan duzların torpaqda paylanma qanunauyğunluğu və kənd təsərrüfatı bitkilərinin inkişafına ziyanlı duzların tor-paq profilindən kənar edilməsi yolları ətraflı işıqlandırılıb. İri-həcmli əsərlərilə yanaşı, Muxtar müəllimin müxtəlif jurnallar-da və toplularda çap etdirdiyi 150-yə qədər məqalələri də qiy-mətli sərvət olan torpaqlarımızın mühafızəsi, onlardan səmə-rəli istifadə məsələləri, təbii və antropogen təsirlər nəticəsin-də istifadədən çıxmış torpaqların yaxşılaşdırılması, əkin sahə-lərinin və məhsuldarlığın artırılması problemlərinə həsr olun-muşdur.
Ciddi yaradıcıl addımları və çap etdirdiyi fundamental əsər-ləri onun nəinki keçmiş SSRİ məkanında, həmçinin xarici öl-kələrdə çalışan görkəmli torpaqşünaslarla sıx əlaqə yaratma-sına şərait yaratdı. M.Abduyev keçmiş ittifaqın və bir sıra xa-rici ölkələrin elm mərkəzlərində keçirilən qurultay, konqres və simpoziumlarda fəal iştirak edər və meliorasiyanın müasir problemləri barədə məruzələrlə çıxış edər, dərin və əsaslı mühakimələr irəli sürərdi.
Muxtar müəllim məqsədi, mövqeyi, münasibəti aydın görii-nən şəxsiyyət idi və onu tanıyanlar tərəfındən göründüyü ki-mi də qəbul olunardı. Ciddi tədqiqatçı və təşkilatçı alim ol-duğundan, hələ 1968-ci ildə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə irəli çəkilmiş, 1971-ci ildə isə professor adı almışdı.
Respublika Nazirlər Sovetinin qərarı ilə 1968-i ildə Abşe-ron iqtisadi rayonunda çirklənmənin vəziyyətinin öyrənilməsi Torpaqşünaslıq və Aqrokimya İnstitutuna həvalə olunmuşdu. Bu problem işin yerinə yetirilməsinə və keyfıyyətinə Muxtar müəllim rəhbərlik edirdi. Sonralar bu iş professor M.Abduye-vin yaratdığı "Torpaqların rekultivasiyası" laboratoriyasında davam etdirilmiş və neftlə çirklənmiş torpaqların münbitliyi-nin bərpa olunması və əkinçilik üçün yararlı şəklə salınmasının əsasları işlənib hazırlanmış, bu sahədə çoxlu mütəxəssis yetişdirilmişdir.
Professor M.Abduyev elmi yaradıcılıq işləri ilə yanaşı, ay-rı-ayrı illərdə Bakı Dövlət Universitetində, Pedaqoji İnstitut-da, Politexnik İnstitutunda fəaliyyət göstərmiş və respublika-mız üçün yüksək ixtisaslı kadrlar hazırlaması işində layiqli əmək sərf etmişdir.
İşlədiyi müddətdə yetişdirdiyi 10-a qədər elmlər namizədi bu giin elmimizin aparıcı mütəxəssisləri olub, xalq təsərrüfa-tının müxtəlif sahələrində çalışırlar.
Professor M.Abduyevin əsərləri xarici dillərə tərcümə olu-nub və xarici jurnallarda çap edilib. Onun dünya ölkələrinin torpaqşünasları ilə əlaqəsi çox geniş idi.
Muxtar müəllim təbiəti, musiqini, gözəlliyi sevməkdə və qiymətləndirməkdə də müstəsna insan idi. Poeziyaya vurğun-luğu, bir sıra şairlərlə, xüsusilə Əli Tudə ilə səmimi münasi-bətləri onu şeriyyata bağlamış və özü də təbi gələn vaxtlarda çoxlu şerlər yazmışdır.
Muxtar müəllimin bu yaxınlarda şer toplusu çapdan çıxacaq və yəqin ki, şersevənlərin qəlbinə yol tapacaqdır.

Səyyar XƏLILOV,
Azərbaycan Respublikası EA-nın akademiki,
H.Ə.Əliyev adına Coğrafiya İnstitutu
torpaqların coğrafiyası şöbəsinin aparıcı
elmi işçisi, kənd təsərrüfatı elmləri namizədi



Oxunub: 1135

Kitablar

Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri
Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması
Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası
Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri
Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması
Dağlarım mənim Dağlarım mənim