Əlyazma-9

Font:      

Orta Asiyanın ərazisində müxtəlif dağ silsilələri yerləşmişdir. Orta Asiya dağlarının əsas xüsusiyyətlərindən biri meşə zonasının çox zəif ifadə olunmasıdır. Hətta əksər yerlərdə meşə zonası tamamilə inkişaf etməmişdir. Orta Asiya dağlarının çox hissəsi düzənlik və çəmən bitkiləri ilə örtülmüşdür. Bu sahədə meşə örtüyünün olmaması ilə əlaqədar, Orta Asiya dağlarında meşə-podzol tipli torpaqlar inkişaf etməmişdir. Dağların hündürlüyü ilə əlaqədar olaraq, Orta Asiyanın dağlıq rayonlarında torpağın şaquli yayılma qanunu çox aydın gözə çarpır. Aşağıda Orta Asiya dağlarının:
Kopet-dağ, Pamir, Fərqanə Yalı və Canqur Alatau dağ sistemlərinin torpaq örtüyünün qısaca xarakterini qeyd etməliyik.
Kopet-dağ: Bu dağ SSRİ ilə İran sərhədi arasında yerləşmişdir. Bu dağ sistemi qərbdən şərqə 500 km-ə qədər uzanır. Çox hündür olmadıqlarına görə, onların daimi qar zirvələri yoxdur. Bundan başqa, meşə örtüyünün çılpaq olması Kopet-dağ sistemini səhra dağları kimi xarakterizə edə bilir. Buranın fiziki-coğrafi şəraiti müxtəlif olduğuna görə torpaq örtüyü də çox müxtəlifdir. Burada əsas yayılmış torpaq tiplərindən:
1. Tünd və açıq şabalıdı torpaqlar.
2. Dağ səhra-düzənlik boz torpaqları.
3. Səhra boz torpaqlar, inkişaf tapmışdır.
Bu torpaqlar aşağıda yazdığımız növbə ilə bir-birini əvəz edirlər. Dağın yüksəkliklərində tünd şabalıdı torpaqlar yayılmışdır. Bunların arasında çox nadir hallarda qaramtıl torpaqlara da təsadüf etmək olur. Tünd şabalıdı torpaqlar 1100-2800 metr hündürlüklərdə inkişaf tapmışdır. Bu torpaqlardan aşağı 500-1100 metr hündürlüklərdə şabalıdı torpaqlar yerləşmişdir. Bu zonadan bir qədər aşağı 300-500 metr hündürlükdə səhra-düzənlik boz torpaqlar yayılmışdır. Bu torpaqlar dağ rayonları ilə aran rayonları arasında keçid zonasını əhatə edir.
Nəhayət, dağ sistemini əhatə edən dağ ətəklərində səhra boz torpaqlar inkişaf tapmışdır. Bu torpaqların ana süxurları prollüvial və dellüvial çöküntülərdən ibarətdir.
Kopet-dağın dağ torpaqları aran yerinə nisbətən nəmişli olduğuna görə bunlar əsasən əkinçilikdə istifadə olunurlar.

Pamir: Bu dağlar çox yüksək səhra dağ yaylalarından ibarətdir. Bunların hündürlüyü 5000-5500 metrə çatır. Pamir dağ sistemi şərqi və qərbi deyə 2 yerə ayrılır. Pamirin şərq hissəsində yerləşən yüksək düzənliklər, iqliminə görə soyuq və qurudur. Bu cəhətdən həmin hissəyə tipik dağ səhrası kimi baxmaq olar. Qərb hissəsi isə çox mürəkkəb girintili-çıxıntılı relyefə malik olub, istər bitki örtüyü, istərsə də torpaq örtüyünə görə şərq hissəsindən kəskin sürətdə fərqlənir.
Pamir dağlarının torpaq örtüyü:
Boz torpaqlardan, şoran və şorakət torpaqlardan ibarətdir. Çox vaxt burada şoran çəmən torpaqlarına və səpici qumlara təsadüf etmək olur.
Fərqanə Yalı: Fərqanə dağ yalları Tyan-Şan dağ sisteminə daxil olub xüsusi torpaq örtüyünə malikdir. Akademik Prasolovun apardığı tədqiqata görə, burada aşağıda qeyd etdiyimiz torpaq zonalarına ayırmaq mümkündür.
1. Alp zonasını dağ-çəmən və qaramtıl torpaqları.
2. Qaramtıl və qara şorakət torpaqlar.
3. Boz-meşə torpaqları.
4. Tünd-boz torpaqlar.
5. Boz torpaqlar.
6. Şorakət-boz torpaqlar, şoran və çəmən torpaqlar.
Çanqur-Alatau dağ sistemi də Tyan-Şan dağ sisteminə aiddir. Burada dağın aşağı ətəklərindən yuxarıya qalxdıqca torpaq örtüyü qeyd etdiyimiz kimi biri-birini əvəz edir. 600 metrə qədər şorakət boz torpaqlar, şoran və qumsal torpaqlar yayılmışdır.
600-800 metrdə quru-düzənlik zonasının şabalıdı torpaqları inkişaf tapmışdır. 800-1200 metrə qaramtıl torpaqlar. 1200-2000 metrə qaramtıl dağ çəmən torpaqları. 2000-3000 metrdə alp və subalp çəmənlərin torflu və yuyulmuş dağ-çəmən torpaqları. Burada da Orta Asiyada olduğu kimi meşəlik olmadığına görə, podzol torpaqlar inkişaf tapa bilməmişdir.
Sibir dağları: Sibiriya və uzaq şərq dağ sistemlərində dağ-çəmən torpaq zonası inkişaf tapa bilməmişdir. Buranın bütün dağları meşəliklərlə örtülmüşdür. Ancaq yüksək dağ zirvələrində çılpaq sahələrə təsadüf olunur ki, buranın da mənzərəsi Şimal tundralarını özündə əks etdirir. Aşağıda Sibiriya dağlarının əsas massivlərini xarakterizə edək:
Altay: Altay dağ sistemi çox geniş dağ yaylalarının inkişafı ilə xarakterizə oluna bilər. Müxtəlif torpaq örtüyünə malikdir. Burada əsas torpaq tiplərindən:
1. Qara torpaqlar.
2. Tipik qara torpaqlar.
Yuyulmuş qara torpaqlar.
Podzol qara torpaqları göstərmək olar. Altayın cənub hissəsində təxminən 44° şimal ətəyində zəif şorakətli şabalıdlı torpaqlara təsadüf etmək olur.
Meşə bitkilərinin altında isə podzol və dəyişilmiş qara torpaqlar yerləşmişdir. Nəhayət, bəzi dağ yüksəkliklərində nadir hallarda dağ tundralarına da təsadüf olunur. Burada əsasən yosun və mamır kimi ibtidai bitkilər inkişaf etmişdir.
Sayan: Sayan dağ silsiləsində Sibiriya dağları sisteminə daxildir.
Sayan dağları qərbi və şərqi olaraq 2 böyük hissəyə ayrılır.
Qərbi Sayan dağları Teles gölünün şərqindən başlayaraq Altay dağlarına doğru uzanır. Bu dağlar əksərən qranit süxurları ilə örtülmüşdür. Ümumiyyətlə, Sayan dağlarının torpaq örtüyü aşağıda qeyd etdiyimiz kimi xarakterizə olunur:
Sayan dağlarının aşağı dağ ətəkləri və vadiləri qara torpaqlarla örtülmüşdür. Dağların şimal yamaclarında yuyulmuş qara torpaqlar inkişaf tapmışdır. 600 metr hündürlükdə isə podzol zona başlayaraq, meşə zonasının yuxarı hüduduna qədər qalxır. 1600-2000 metr hündürlükdə meşəlik inkişaf tapmadığına görə bura Tundra zonası ilə əvəz olur. Tundra zonasında zəif inkişaf tapmış ibtidai tundra torpaqlarından başqa torflu-bataqlı və bataqlı çəmən torpaqları inkişaf etmişdir. Sayan dağların əksər ərazisi isə podzol torpaqlarla örtülmüşdür.



Oxunub: 1849

Şərhlər: 1
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

Kitablar

Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri
Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması
Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası
Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri
Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması
Dağlarım mənim Dağlarım mənim