Bitki qalıqlarının tərkibi

Font:      

(1 hektara kq hesabı ilə)

Meşənin tipi

Ağaclı hissə

yarpaqlar

Cəmi

Fıstiq meşə

3,474

3,270

6,744

Elka

3,480

2,783

6,263

Şam ağacı

2,897

3,186

6,083

Düzənlik bitkilərinə (otlu bitkilərə) gəlincə bunlarda bitki qalıqları əksərən meşə bitkilərinə görə nisbətən az olurlar. Buna baxmayaraq, düzənlik bitkiləri humusu meşə bitkilərinə görə çox əmələ gətirir. Bu bir tərəfdən düzənlik bitkilərinin köklərinin zəif və geniş inkişaf etməsindən, o biri tərəfdən isə düzənlik bitkilərinin tamamilə çürüyüb torpaqla mənimsənilməsindən asılıdır. Bitki qalıqları çox müxtəlif kimyəvi tərkibə malikdirlər. Aparılan tədqiqatlar nəticəsində tapılmışdır ki, bitki qalıqları aşağıdakı tərkibə malikdirlər :CO2-45% H-6,5%O-42% N-1,5%Mineral maddələr - 5 %Bizim ərazidə olan düzənlik bitkilərində azot və mineral maddələr daha da yüksək olur. Bu bitki qalıqlarının azotla zəngin olmasından asılı olaraq, çürümə nəticəsində torpaqların tərkibində ən əhəmiyyətli qida maddələrindən olan azotlu maddələr əmələ gəlirlər. Bundan başqa ümumilikdə bitki qalıqları çox mürəkkəb üzvü birləşmələr əmələ gətirirlər. Ümumiyyətlə, bitki qalıqlarının tərkibində beş növ üzvü birləşmələrə təsadüf etmək olar :1. Suda həll olunan maddələr: buraya şəkər maddələri daxildir. Xüsusən, qlükoza, mannoza, pentoza." Üzvü turşulardan, çaxır turşusu, limon turşusu və quzu qulağı turşusu." Bundan başqa, bir çox amin turşularının duzları da bu qrupa daxildir. 2. Üzvi məhlullar da həll olunan maddələrdir. Xüsusən bu maddələr spirt, efir və benzol kimi məhsullarda asanlıqla həll olurlar. Bitki qalıqlarından bu qrupa yağlı maddələr, piyə bənzər maddələr və dubil maddələr daxildir. Bu maddələr yuxarıda qeyd etdiyimiz 1-ci qrup maddələrə nisbətən onun tərkibində bir qədər davamlı olurlar və torpaqda çürümə vaxtı mikroblar və bakteriyalar tərəfindən çətinliklə parçalanırlar. 3. Sellüloza maddələri:-Bu maddələr bitkinin əsas hissəsini təşkil edirlər. Sellüloza maddələrindəki əsas xüsusiyyət, onların xırda orqanizmlər tərəfindən çürümə prosesində asanlıqla sadə birləşmələrə parçalanmasıdır. 4. Liqnin maddəsi: -Ümumilikdə, bitkilərin tərkibində ən çox yayılmış maddələrdən sayılır. Tərkibçə davamlıdır. Mikrobakteriyalar tərəfindən çətinliklə parçalanırlar. Liqnin maddəsi humusun əsas hissəsini təşkil edir. Humusun tərkibinə görə davamlı olması, onun daxilində liqnin maddəsinin olması ilə izah oluna bilər. 5. Zülali maddələr:-bu qrup maddələr çox mürəkkəbdirlər və azotlu birləşmələrlə zəngin maddələrə aiddirlər. Zülallı maddələr bilavasitə humusun əmələ gəlməsində iştirak etmirlər. Ancaq tərkiblərində azotlu birləşmə olduğuna görə torpaqda yaşayan və çürümə prosesini aparan mikrobakteriyalar üçün bir qida maddəsi sayılır. Üzvü maddələrin torpaqda dəyişmə prosesi. Bitki və heyvanat qalıqları torpaq üzərinə düşərkən çox müxtəlif dəyişmələr keçirirlər. Ümumilikdə, üzvü maddələrin torpaqda dəyişmə prosesini iki növ müxtəlif hadisələr keçirir. 1-ci növbədə mürəkkəb olan üzvü maddələr parçalanaraq çox sadə və əksərən mineral birləşmələrə ayrılırlar. Məsələn: CO2; H2O və sadə duzlara ayrılırlar, daha sonra bu növ parçalanmış sadə maddələr topraqda yaşayan xırda orqanizmlər üçün bir qida maddəsi olduğuna görə mikrob və bakteriyalar öz həyat fəaliyyətləri nəticəsində bunları təkrar mürəkkəbləşdirərək xüsusi yeni birləşmələr əmələ gətirir. Bu birləşmələrə də bildiyimiz kimi, torpağın humusu deyilir. Beləliklə, üzvü maddələr torpaqda tədricən çürüyərkən iki əsas proses keçirirlər :1-ci Minerallaşma prosesidir: Bu prosesdə üzvü maddələr sadə birləşmələrə parçalanırlar. 2-ci Humuslaşma prosesidir: Bu proses isə ancaq torpaqda yaşayan xırda orqanizmlər tərəfindən sadə birləşmələrdən sintez yolu ilə humus maddəsi alınır.Üzvü maddələr humusa çevrilərkən birinci növbədə nəmliyin və yaxud suyun yuyulma prosesinin təsirinə məruz qalırlar, bu prosesdə birinci növbədə bitki qalıqlarından asan həll olunan maddələr suyun tərkibinə keçir. Bu proses çürümə prosesi üçün əlverişli bir şərait yaradır. Çünki suyun tərkibində olan maddələr mikrob və bakteriyalar üçün qida maddəsi olaraq, onların fəaliyyətini daha da artırırlar. Nəmişli və mülayim tempraturlu iqlim şəraitində çurumə prosesi normal surətdə keçir, çünki bu kimi şərait xırda orqanizmlərin aktivliyini daha da artıraraq çürümə prosesini axıra qədər aparır. Yüksək temperaturlu və az nəmişli iqlimdə isə mikroorqanizmlərin fəaliyyəti zəif keçdiyinə görə və bəzən bunların təsiri heç də olmadığına görə çürümə prosesi deyil, həmin iqlim şəraitindən üzvü qalıqlar tamamilə, "yanırlar ",onlar sadə mineral maddələrə parçalanırlar.Torpaqlarda yaşayan həşəratların çürümə prosesinə təsiri.Üzvi qalıqların torpaqda dəyişməsində torpaqda yaşayan həşaratların iştirakı az rol oynamır. Buraya yer eşən həşaratlar çöl siçanları, yağış soxulcanları və qırxayaq kimi həşaratları saymaq olar. Ümumilikdə, bu həşəratların üzvü maddələrin dəyişməsində passiv və aktiv iştirakı vardır. Onların passiv iştirakı ondan ibarətdir ki, həşəratlar tələf olandan sonra onların qalıqları üzvü maddələrin əmələ gəlməsi üçün bir mənbə olur. Aktiv iştirakı isə üzvü qalıqları mexaniki surətdə xırdalamaqdan və torpağın mineral maddəsi ilə qarışmaqdan ibarətdir. Bu hər iki hadisə çürümə prosesini daha da şiddətləndirərək, torpağın mineral maddəsi ilə kimyəvi reaksiya yaranması üçün əlverişli şərait yaradır. Nəhayət, bu həşəratlar öz həyat fəaliyyətləri nəticəsində üzvü qalıqları öz orqanizmlərindən keçirərək çox mürəkkəb kimyəvi dəyişmələr yaradırlar. Torpaqda yaşayan həşəratlardan başqa üzvü qalıqların çürüməsində ən böyük rol oynayan xırda orqanizmlərdir. (mikrob və bakteriya). Bunlar istər fizioloji quruluşca, istərsə də tərkibcə çox müxtəlif olurlar. Birinci növbədə xırda orqanizmlər üç böyük qrupa parçalanırlar:A) bakteriyalar B) göbələklərC) protozollarXırda orqanizmlərin torpaqda az və ya çox olması ümumiyyətlə, iqlim şəraitindən asılıdır. Aparılan tədqiqatlar nəticəsində tapılmışdır ki xırda orqanizmlərlə ən zəngin torpağın üst qatıdır. Aşağı qatlarda isə bunların miqdarı get-gedə azalır. Ramman aliminin apardığı tədqiqata görə, ümumən meşə döşəmələrində aşağıda yazdığımız mikrob və bakteriyalara rast gəlmək olar:Meşənin tipi Xırda orqanizmlərin miqdarıBir qram torpaqda Bir qram üzvi maddədəŞam ağacı meşəsi bakteriya mikrob bakteriya mikrob35.000000 60.000 59.880.000 60.000Küknar meşəsi 1.647.000 343.000 2.165.000 450.000Torpağın tərkibində bu qədər mikrob və bakteriyaların olması çürümə prosesi üçün daha da əlverişli şərait yaradır. Xüsusən üzvü maddələrin humusa çevrilməsi mikrob və bakteriyaların iştirakı ilə keçir. Buna görə də humusun torpaqda əmələ gəlməsinə bir mikrobioloji proses kimi baxmaq lazımdır. Birinci növbədə, xırda orqanizmlərin fəaliyyəti nəticəsində bitki qalıqları azotlu və azotsuz maddələrə ayrılırlar. Azotsuz maddələrin sulu karbonlar, sellüloza, liqnin və dubil kimi maddələr ayrılır. Bunlar çürümə nəticəsində sadə birləşmələrə parçalanırlar. Azotlu birləşmələr isə ümumən amin turşularından ibarətdir. Bu azotlu maddələr mikroblar tərəfindən çox mürəkkəb bioloji dəyişmələr keçirərək gələcəkdə torpağın tərkibində azotlu maddələr əmələ gətirirlər. Torpaqda azotlu maddələrin parçalanmasıBitki qalıqlarında azotlu maddələr əksərən sadə amin turşularının duzlarından ibarətdirlər. Bu birləşmələr üzvü maddələrdən zülalı maddələrin əsas hissəsini təşkil edirlər. Zülalı maddələr parçalanma nəticəsində öz tərkiblərində olan amonyakı asanlıqla ayırırlar. Ümumiyyətlə, zülallı maddələrin parçalanması torpaqda iki növ olur :1-ci halda zülali maddələr suyun təsiri altında hidroliz prosesinə məruz qalaraq amonyakı asanlıqla ayıra bilirlər. 2-ci halda isə torpaqda yaşayan anaerob bakteriyaları tərəfindən reduksiya prosesi təsiri altında zülali maddələrdən amonyakı ayırır. Yuxarıda qeyd etdiklərimizi aşağıdakı reaksiya nəticəsində aydınlaşdırmaq olar.1. R CH (NH2 ) COOH+H2O=R CH (OH)COOH+NH3amonyakZulali maddə.2. R CH(NH2) COOH+H2=R•CH2COOH+NH3;Bu prosesə amonyaklaşma prosesi adı verilir.Beləliklə, alınmış amonyak (NH3) torpaqda yaşayan xüsusi Nitrobakter tərəfindən amonyak nitritə (NO2-yə) çevrilir. Nitrit birləşmələri çox davamsız olduqlarına görə, tezliklə azotobakter tərəfindən nitrat birləşmələrinə çevrilirlər və torpaqda əsas azotlu qida maddələrinə nitrat halında təsadüf olunur. Həm nitritləşmə, həm də nitraşlaşma bilavasitə aerob bakteriyaları tərəfindən oksigenin iştirakı ilə keçir. Ümumilikdə, amonyakın nitrat birləşmələrinə çevrilməsinə bir sözlə nitratlaşma prosesi deyilir. Aşağıda yazdığımız reaksiya buna bir misal ola bilər.1. 2NH3+3O2=2HNO2+2H2O; daha sonra2. 2HNO2+O2=2HNO3; bu iki prosesə nitratlaşma prosesi deyilir.Təbiətdə nitratlaşma prosesi ilə bərabər müstəsna hallarda əks proseslərin də getməsi məlumdur. Bu halda azot birləşmələri yenə də torpaqda yaşayan xüsusi Denitrifikator bakteriyaları tərəfindən azot birləşmələrini sadə azota çevirərək atmosferə keçirir. Buna denitratlaşma prosesi deyilir. Bu proses Anaerob bakteriyaları tərəfindən havasız şəkildə aparılır. Bu hala torpaqda çox vaxt su ilə doymuş vəziyyətdə təsadüf olunur. Belə ki, atmosfer oksigeni və üzvü maddələrin təsiri olmadan bu bakteriyalar öz həyatlarını sürə bilmirlər. Bundan başqa, denitrifikasiya prosesi üçün əlverişli şərait yaradan toprağın reaksiyasıdır. Əksər hallarda bu proses neytral və zəif qələvi reaksiyalarda inkişaf tapır. Aparılan tədqiqatlar nəticəsində aşkar edilmişdir ki, çox halda denitratlaşma prosesinə meşə torpaqlarında təsadüf olunur. Beləliklə, atmosferə keçmiş olan sərbəst azot bəzi paxla fəsiləsi bitkilərinin köklərində tumurcuq şəkilində yaşayan bakteriyalar tərəfindən təkrar mənimsənərək, yenidən zülali maddələrə çevrilə bilirlər. Deməli, təbiətdə azotun müəyyən dövranı olur. Torpaqşünaslıqda bu azot dövrü adlanır. Çox yüksək və çox aşağı temperatur dərəcələrində bakteriyaların miqdarı mümkün olan qədər azalır, bəzən isə heç olmur. Aparılan təcrübələr nəticəsində tapılmışdır ki, bakteriyaların həyatı üçün ən minimal tempratur 3°C- dən az olmamalıdır. Maksimum temperatur isə 4°C-5°C-dən yüksək olmamalıdır.Bakteriyaların həyatı üçün ən əlverişli temperatur şəraiti orta hesabla 25-30° arasında təyin olunur. Bildiyimiz kimi, temperatur şəraiti bilavasitə nəmlik ilə əlaqədardır. Buna görə də, mikroorqanizmlərin (bakteriyaların) inkişafı üçün nəmliyin olması da zəruri şərtlərdən sayılır. Çürümə prosesinin optimal temperaturun təsiri altında keçməsinə baxmayaraq, nəmliyin az olması, çürümə prosesinin də çox zəif keçməsinə şərait yaradır. Buna görə də, nəmliyin müəyyən miqdarda olması xırda orqanizmlərin həyatı üçün vacib şərtlərdən biridir. Təcrübələr göstərmişdir ki, nəmliyin optimal dərəcəsi 24-30 % arasındadır. Bu iki əsas elementləri nəzərdə tutaraq demək olar ki, təbiətdə çürümə prosesi bərabər şəraitdə keçmir, ən intensiv çürümə prosesi yayın birinci yarısında olur. Bu halda istər tempratur və istərsə də nəmlik optimal dərəcədə olur. İsti yay aylarında torpağın qatlarının həddən artıq qızmasına görə çürümə prosesi tamamilə dayanır.Bu hal payız aylarında tempraturun aşağı olması nəticəsində zəifləyə bilər. Nəhayət, qış şaxtalarında demək olar ki, üzvü maddələrin çürümə prosesi müvəqqəti olaraq tamamilə dayanır.Mikrob və bakteriyaların həyatına torpağın reaksiyasının təsiri az deyildir. İstər aerob və istərsə anaerob bakteriyalar torpağın neytral və zəif qələvi reaksiyasında əlverişli inkişaf tapırlar.Turş reaksiyalarda isə xırda orqanizmlər öz fəaliyyətlərini tamamilə kəsiblər, bəzən də tamamilə tələf olurlar. Ümumiyyətlə, xırda orqanizmlər öz həyatlarına və fizioloji quruluşlarına görə iki böyük qrupa ayrılırlar:1. Aerob bakteriyalar:-bu bakteriyalar bilavasitə havanın təsiri altında həyat sürürlər. Üzvü maddələr aerob bakteriyalar tərəfindən çürüsələr, nəticədə CO2 H2O; HNO3; Ca; Mg; K və bu kimi birləşmələr alınır. 2. Anaerob bakteriyalar isə havasız şəraitdə həyat sürən bakteriyalardır. Daha doğrusu, bunların atmosferin oksigeninə ehtiyacları yoxdur. Üzvü maddələr çürümə prosesində anaerob bakteriyaların təsiri altında qalsalar, bu halda yuxarıda qeyd etdiyimiz maddələrdən başqa yarım çürümüş və yarım oksidləşmiş çox miqdarda xüsusi birləşmələr alınır, məsələn: H2S; CH4; PH3 Humus maddəsinin kimyəvi tərkibiHumus maddəsi torpağın ən əhəmiyyətli hissəsi olması səbəbi ilə, uzun müddətdir ki, alimlər analitik metodlarla bu maddəni torpaqdan ayırmaq üçün bir çox tədqiqatlar aparmışlar. Birinci dəfə 1826-cı ildə Şprengel alimi tərəfindən humusu torpağdan ayırmaq üçün qələvi məhlullar ilə bir metod təklif etmişdir. Bu alimin təklifinə görə müəyyən bir torpaq kütləsi Na2 CO3 və ya K2CO3 məhlullarında uzun-uzadı çalxalanıb qaynadılırsa və bu məhlul süzgəcdən keçirilib yeni tünd qəhvə rəngli bir məhlul alınır ki, buna da Şprengel humus maddəsinin qələvi məhlulu adı verilmişdir. Daha sonra Mulder, Berzelius alimləri tərəfindən Şprengelin apardığı metod daha da təkmilləşdirilmişdir. Mülder alınan qələvi məhlulunu dərindən öyrənərək, onun tərkibində çox mürəkkəb üzvü turşular tapmışdır. Mülderə görə,torpağın humus maddəsi aşağıda qeyd etdiyimiz turşulardan ibarətdir:1) Ulmin turşusu2) Humin turşusu3) Kren turşusu4) Anokren turşusuBu turşular tərkibcə və fiziki quruluşca bir-birindən kəskin surətdə ayrılırlar. Ulmin və humin turşusu zəif oksidləşmiş turşulardandır. Humus maddəsinin ən cavan hissəsini təşkil edir. Rəngi qonur, bəzən qaramtıl olur. Suda çətinliklə həll olunur. Bu turşudan əmələ gələn duzlara Humat deyilir. Bu duzların da suda ərimə dərəcəsi azdır. Oksidləşmə dərəcəsi az olduğuna görə humus maddəsinin ən davamlı bir hissəsi sayılırlar və suyun təsiri altında torpaqdan yuyulmurlar. Kren turşusunun rəngi isə yaşılımtıldır. Oksidləşmə dərəcəsi humin turşusuna nisbətən yüksəkdir. Suda asan həll olur. Kren turşusunun duzları Na, K, Ca, Mg, Ka (krenatlar) suda asan həll olur. Anakren turşusu isə rəngsiz və şəffafdır. Anakrenatlar suda asan həll olunurlar. Oksidləşmə dərəcəsi yuxarıda qeyd etdiyimiz humin və kren turşularında da yüksəkdir. Daha sonra Sven-Oden alimi humus maddəsinin yeni təsnifatını təklif etdi. Bu alimin apardığı tədqiqat nəticəsində torpağın humus maddəsi aşağıda qeyd etdiyimiz ayrı-ayrı üzvü birləşmələri əhatə edir.1. Humus kömürüdür2. Humus turşusu3. Himatomelan turşusu 4. Fulvin turşusudurSven-Odeyenin təklif etdiyi bu təsnifat hal-hazırda öz etibarını itirməmişdir. Ümumiyyətlə, humusun torpaqda hansı əsas maddələrdən törəməsi haqqında alimlər tərəfindən müxtəlif nəzəriyyələr irəli sürülmüşdür.Bu nəzəriyyələrdən birincisi Vaksman, Fişer, Şreder alimləri tərəfindən ortalığa atılan nəzəriyyədir. Bu nəzəriyyəyə görə, bitki qalıqlarından humusu törədən əsas maddə liqnin, sellüloza və dubil maddələridir. Bu maddələr tərkibinə görə çox davamlıdırlar. Humusun da davamlılığı onun tərkibində liqnin maddəsinin olması ilə əlaqədardır. Zülali maddələrə gəlincə bu alimlərin nəzəriyyəsinə görə, bunlar torpağın tərkibində asanlıqla parçalanaraq humusun əmələ gəlməsində də o qədər iştirak etmirlər. Buna görə də, bu alimlər tərəfindən atılan nəzəriyyəyə, humusun liqnin nəzəriyyəsi adı verilmişdir. Bir qrup başqa alimlər Kravkov, Liverovskiy, Slyozkin, Hoppozeyler ikinci bir nəzəriyyə ilə çıxış etmişlər. Bu alimlərə görə humusu törədən əsas maddə bitki qalıqlarının suda asan həll olunan hissəsidir. Bu nəzəriyyənin elmi əsasları o qədər də dərin olmadığına görə, bəraət qazanmadı. Hal-hazırda humusun əmələ gəlməsində Liqnin nəzəriyyəsi öz yeniliyini itirmişdir.Torpaqda üzvü maddələrin əhəmiyyəti və roluÜzvü maddələrin torpaqda çox mühüm bir əhəmiyyəti vardır.1-ci növbədə üzvi maddələr torpağı azot və mineral maddələri ilə zənginləşdirir. Bitki qalıqları torpaq üzərinə nə qədər çox düşərsə, bir o qədər də torpaqda azot və mineral maddələrin miqdarı yüksəlir və bu maddələr bitki qalıqlarının parçalanmamış hissəsindən belə törəyə bilərlər. Humusa gəlincə isə, bu maddə torpaqda bir çox yeni xassələr yaradır. Humus maddələri torpağın tərkibində bir azot mənbəyi olmaqdan başqa, torpaqda onun ən əsas xassəsini- udma xassəsini yaradır. Bu xassəyə görə, torpaqda bir çox qida maddələri torpaq tərəfindən tutulub mühafizə oluna bilir. Bundan başqa, humus torpağın fiziki xasiyyətinə belə böyük təsir edir.Humus maddələrinin bilavasitə iştirakı ilə torpağın, “strukturu" yaranır. Bundan başqa, ümumilikdə üzvü maddələrin və xüsusən humusun tərkibində olan üzvü kolloidlərin olması ilə əlaqədar olaraq torpağın nəmlik tutumu yaranır. Buna görə də, humusun çox olduğu torpaqlarda su layiqincə mühafizə olunur. Nəhayət, humusun torpaqda az və ya çox olması onun morfoloji quruluşundan, birinci növbədə rənginə təsir edir. Humus torpaqda nə qədər çox olarsa, torpağın rəngi bir o qədər tünd, azaldıqca isə torpağın rəngi get-gedə açılır. Aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, bir torpaq layında humusun miqdarı ən çox onun üst qatlarında, aşağı qatları dərinləşdikcə idə humusun miqdarı azalır. Buna da şübhəsiz ki, bu yuxarı qatların üzvü maddələrlə zəngin olması ilə əlaqədardır. Humusun daha bir xarakterik əlaməti, onun yapışqanlıq xassəsidir. Bu xassə ilə əlaqədar olaraq humus maddəsi torpaqda olan CaCO3 ilə bərabər torpağın ayrı-ayrı xırda mineral zərrələrini bir-birinə yapışdıraraq torpağın strukturunu yaradır. Ona görə də, çox vaxt humusa torpağın sementi adı verilir.Torpaq məhlullarıTorpaq məhlulları torpağın ən zəruri hissəsi sayılırlar. Demək olar ki, bitkinin inkişafı ancaq torpaq məhlullarından asılıdır. Torpaq məhlulları torpağın tərkibində nəmli damcı halında olub hərəkətə qabildirlər. Buna görə də, ümümən bitki aləmi öz kökləri vasitəsi ilə birinci növbədə suda asan həll olunan maddələri istifadə etdiyinə görə, torpaq məhlulları bitki həyatında böyük rol oynayır. Torpaq məhlullarının öyrənilməsinə istər teoretik və istərsə də elmi cəhətdən böyük bir maraq vardır. Çünki, torpaq məhlullarının keyfiyyəti və miqdarı birinci növbədə torpaqda olan qida ehtiyatını təyin edir.Bundan başqa torpaqda bitki həyatına zərərli olan duzları ortalığa çıxardır. Nəhayət, torpaq məhlullarının xüsusiyyətindən asılı olaraq, torpaq əmələ gəlmə prosesi dəyişə bilir. Ümumən torpaq məhlulları torpaqda olan nəmliyin olması ilə əlaqədardır. Torpağın nəmlik dərəcəsi nə qədər çox olarsa, məhlulun kəsafəti də getdikcə azalır. İsti quru havada isə təbəxxür prosesi yüksək olduğuna görə və torpağın nəmliyi azaldığına görə torpaq məhlullarının da kəsafəti yüksəlir. Bəzi hallarda torpaqda buxarlanma o qədər çox olur ki, torpaq məhlulları itir. Bu halda məhlulun tərkibində olan birləşmələr torpağın üzərinə çökür. Bu hal aran rayonlarında çox yayılmış bir hadisədir. Çox vaxt bunlar torpaq üzərində duz qabıqları, duz qaysaqları əmələ gətirir. Fiziki cəhətdən torpaq məhlulları gah şəffaf, gah da zəif sarımtıl rəngdə olur.Onun tərkibində isə çox müxtəlif duzlar var. Kimyəvi cəhətdən isə torpaq məhlullarının tərkibində mineral üzvi və üzvi mineral birləşmələrə təsadüf etmək olar. Torpaq məhlullarını öyrənmək üçün, müəyyən analitik metodlarla torpaqdan bu məhlulları çıxarırlar. Buna görə də, bunun üçün müxtəlif alimlər tərəfindən bir çox metodlar təklif olunmuşdur.



Oxunub: 1919

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

Kitablar

Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri
Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması
Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası
Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri
Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması
Dağlarım mənim Dağlarım mənim