Bioloji aşınma

Font:      

Çünki bunlar suda çox zəif həll olunan maddələrdən ibarətdir. Üçüncü qrupa daxil olan aşınma məhsulları gələcəkdə torpağın törəməsində əsas mineral birləşmələri yaradırlar.
Dördüncü qrup aşınma məhsulları qeyd etdiyimiz kimi, duzlardan ibarət olduğuna görə,onların müəyyən bir hissəsi torpağın qida maddələrini əmələ gətirir, çox hissəsi isə çaylarla yuyulub mühitlərə aparılır.
Aşınma dərəcəsinə görə, aşınma məhsulları biri- birindən fərqlənirlər. Birinci dərəcəli aşınan məhsullara qırıntı-gilli tipli aşınma məhsulları deyilir. Ən çox mineral qırıntılarına məhz burada təsadüf etmək olur.Orta dərəcəli aşınmış məhsullara gilli və ya alafanlı tipli aşınma məhsulu deyilir. Gil məhsulları ən çox burada inkişaf etmişdir. Nəhayət, son dərəcə aşınmış məhsullara gilli-laterik tipli aşınma məhsulları deyilir. Bunların tərkibində ən çox dəmir və alüminium hidratlarına rast gəlmək olur.

Həyat başlanana qədər yaşadığımız Yer kürəsində süxurların aşınması ancaq mexaniki və kimyəvi aşınma yolu ilə keçirdi. Həyat başlandıqca, tədricən süxurların parçalanmasında daha bir yeni amil – canlı təbiətin yaranması oldu.Süxurların bioloji aşınması bitki və heyvanar aləminin təsiri altında baş verirdi. Bitki örtüyü, xüsusən ağaclar öz kökləri vasitəsilə süxurlara bir mexaniki qüvvə kimi təsir edirdi. Bəzən sıldırım qayalar üzərində bitən ağacların kökləri suxurların qatlarına keçərək ibtidai yarıqları daha da genişləndirirdi. beləliklə bu amil süxurların parçalanmasına səbəb olurdu. Özündə nəmliyi mühafizə edən bitki örtüyü su vasitəsilə süxurlara təsirini artıra bilirdi.Bitki örtüyünün köklərində cəmlənmiş ifraz edilmiş üzvü turşular bilavasitə süxurların mineral hissəsinə təsir edərək, get-gedə onların kimyəvi tərkibini dəyişdirir. Nəhayət, istər bitkinin, istərsə də həşəratın tələf olmasından sonra çürüməsi vaxtında əmələ gəlimiş bir çox üzvü turşular, süxurlara bir həll edici kimi təsir edərək yeni kimyəvi birləşmələrin əmələ gəliməsinə şərait yaradır. Bundan başqa bioloji aşınmada həşəratların və xırda orqanizmlərin (mikrob və bakteriya) rolu böyükdür. Ms: Torpaq layında yaşayan soxulcan və çöl siçanları torpaq əmələ gəldikcə havanın (oksigen və CO2-nin) süxurlara təsirini artırır və beləliklə süxurların aşınmasını daha da şiddətləndirirdi. Yuxarıda yazdıqlarımızdan belə nəticəyə gəlmək olar ki, ümumiyyətlə, aşınma prosesi təsiri altında torpağın əsas mineral hissəsi törənir. İstər mexaniki və istərsə də kimyəvi aşınma nəticəsində qeyd etdiyimiz kimi, ancaq aşnma məhsulları əmələ gəlir. Bu aşınma məhsullarının üzərində elə bir şərait yaranır ki, burada ibtidai bitkilər inkişaf etməyə başlayır. Ms: yosun, və mamır bitkiləri. Bunlar aşınma məhsullarını köklü surəydə dəyişdirərək onlarda yeni bir xüsusiyyət əmələ gətirir. Aşınma məhsullarının üzərində biosferanın təsiri nəticəsində, bu məhsulların üzərində torpaq əmələ gəlmə prosesi başlanır. Buradan belə nəticəyə gəlmək olar ki, süxurların torpağa çevrilməsində biosferanın iştirakı mütləq şərtlərdən sayılır.
Ümumiyyətlə, süxurların torpağa çevrilməsində iki əsas mərhələni ayırmaq mümkündür: birinci mərhələ- buna başqa sözlə, hazırlıq mərhələsi adı verilir. Burada süxurlar ancaq atmosfera və hidrosferanın təsiri altında aşınırlar. Bu mərhələdə ancaq aşınma məhsulları əmələ gəlir. İkinci mərhələ biosferanın təsiri nəticəsində başlanır. Burada birinci növbədə həm ibtidai bitkiər və canlı orqanizmlər iştirak edir .Bu mərhələnin başlanğıcından demək olar ki, süxurlarda torpaq əmələ gəlmə prosesi başlanır.Getdicə biosferanın təsiri altında aşınma məhsullarında yeni bir qabiliyyət - məhsuldarlıq qabiliyyəti əmələ gəlir. Başqa sözlə desək, yeni əmələ gəlimş kütlədə bitki örtüyünü təmin edə biləcək bir xassə əmələ gəlir. Bu yeni kütləyə torpaq adı verilir. Professor Dokuçayevin tərifinə görə: süxur, iqlim, bitki, heyvanlar aləmi, relyef və insanın birlikdə fəaliyyəti nəticəsində törənmiş yeni bir təbii kütləyə- torpaq deyilir.
Deməli, torpaqla süxurun fərqləndirici əlaməti, torpaqda məhsuldarlıq qabiliyyətinin olmasıdır. Bu qabiliyyətə malik olmayan çöküntülərə biz aşınma məhsulları və yaxud torpağın bir ana qatı kimi baxmalıyıq.

Torpaq əmələ gətirən faktorlar.

Torpaq əmələ gəlmə prosesi ümumi təbii şəraitdən asılıdır. Professor Kossoviçin dediyinə görə, torpaq əmələ gəlmə prosesi bir çox müxtəlif torpaq əmələ gətirən faktorlardan asılıdır. Bu faktorların birlikdə təsiri nəticəsində müxtəlif tipli torpaqlar əmələ gəlir. Torpaq əmələ gətirən faktorlar aşağıda geyd etdikimizlərdən ibarətdir:
1. Ana süxuru
2. Bitki və heyvanat aləmi
3. İqlim
4. Relyef
5. Yerin ömrü (yaşı)
Bəzi hallarda insanın mədəni fəaliyyətini də torpaq əmələ gətirən bir faktor kimi qeyd etmək olar. Yuxarıda qeyd etdiyimiz faktorlardan ən böyük əhəmiyyətə malik olan bitki və heyvanat aləmidir, daha doğrusu bioloji faktordur. Başqa faktorların isə torpaq əmələ gəlmə prosesində bilavasitə (vasitəli) təsiri vardır.
1. Ana süxurlar. Yerin üzərində bütün torpaqlar ana süxurlardan törəmişdir, buna görə də süxurların torpaq əmələ gəlmə prosesində mühüm iştirakı vardır. Torpağın törəməsində süxurların kimyəvi tərkibinin torpaq örtüyünə bilavasitə təsiri vardır. Süxur mineraloji tərkibcə nə qədər zəngin olarsa bu süxurların üzərində törənən torpaqda bir o qədər yüksək keyfiyyətli və məhsuldar olacaqdır. Əksinə torpaq cavan və mineraloji tərkibli bəsit süxurlarda törəyərsə tərkibcə zəif və az keyfiyyətli olacaqdır. Torpaq əmələ gəlmə prosesində süxurların fiziki quruluşunun da təsiri vardır. Ms: Ağır gili süxurlarda kimyəvi və bioloji aşınma zəif getdiyinə görə, torpaq örtüyü də tamamilə inkişaf tapa bilməyib ibtidai halda qala bilir. Bundan başqa bu kimi süxurlar özlərində suyu saxladıqlarına görə get-gedə yeni törənmiş torpaqların bataqlaşmasına səbəb olurlar. Yumşaq məsaməli süxurlarda əksinə aşınma prosesi normal sürətdə getdiyinə görə və havanın təsiri altında üzvü qalıqların çürüməsi şiddətli keçdiyinə görə, bu kimi süxurların üzərində inkişaf tapan torpaqlar normal tipli torpaqlardan sayılır. Deməli, süxurların istər kimyəvi tərkbindən və istərsə fiziki quruluşlarından asılı olaraq müxtəlif tipli və növlü torpaqlar əmələ gələ bilər.
Torpaq törəməsi üçün ən qiymətli süxur karbonatlı lös və lösə bənzər süxurlar sayılır. Bu kimi süxurlar üzərində əksərən çox münbitli qara torpaqlar törəyir. Allüvial və qumsal çöküntülər üzərində isə çox zəif qida maddələrindən az təmin olunan torpaqlar inkişaf tapır. Bundan başqa qədim dəniz hövzələrində çökmüş olan duzlu süxurlar çox vaxt şoran və şorakət torpaqlar əmələ gətirir. Buradan belə nəticəyə gəlmək olar ki, süxurların kimyəvi tərkibinin bilavasitə həm torpağın inkişafına və həm də onun kimyəvi tərkibinə təsiri vardır.
2. Bitki örtüyü: Bitki örtüyü torpaq əmələ gətirən faktorlarda mühümü sayılır. Bu faktorun torpağın törəməsində 2 növ iştirakı vardır:
1. Öz həyatı əsasındadır. Bitki yaşadığı müddətdə torpağın üst qatını qida maddəsilə zənginləşdirir. Tələf olandan sonra bitki qalıqları tədricən çürüyərək torpağın ən əsas üzvü hissəsini əmələ gətirir. Torpağın tərkibində bu üzvü maddələr onun daxilində çox faydalı xırda orqanizmlərin inkişafına səbəb olur. Bildiyimiz kimi, bitki örtüyünün iqlimə də təsiri vardır. Ms: əgər biz meşə örtüyü ilə düzənlik bitkisini müqayisə edərək meşə bitkisinin altında biz çox vaxt nəmliyin yüksəlməsinə temperaturanın azlığına və suyun təbəxxürunün zəifləməsinə təsadüf edərik. Beləliklə, meşə bitkisi altında torpaqlar daima nəmlik ilə doymuş halda olurlar. Düzənlik bitkisi altında isə nəmlik tez təbəxxür etdiyinə görə biz nəmliyin və temperaturanın azlığına və suyun şiddətlə təbəxxür etməsinə rast gəlirik. Deməli, bu iki bitki örtüyü altında iqlim şəraiti bir-birindən kəskin sürətdə fərqləndiyinə görə torpaq örtüyü də müxtəlif olacaqdır.
3. İqlim. İqlimin də torpaq əmələ gəlmə prosesində böyük əhəmiyyəti vardır. İqlimin elementlərindən temperaturu və yağıntını misal göstərmək olar. Bu iki elementin miqdarından asılı olaraq torpaq əmələgəlmə prosesi müxtəlif şəkildə baş verə bilər. Ms: Tundra zonasının iqlim şəraiti torpaq əmələ gəlməsi üçün o qədər də əlverişli deyildir. Çünki bir tərəfdən temperaturun azlığı, torpağın çox vaxt donmuş halda olması, yağıntı azlığı burada çox ibtidai bataqlıq torpaqların inkişafına səbəb olur. Düzənlik zonalarında isə temperaturun mülayimliyi, yağıntının orta miqdarda düşməsi, bitki örtüyünün zənginliyi burada tipik qara torpaqların inkişafına şərait yaradır. Cənub ölkələrdə isə nəmliyin azlığı temperaturun yüksəkliyi, bitki örtüyünün zəifliyi əsər halda zəif inkişaf tapmış, boz qonur, şoran torpaqların törəməsinə şərait yaradır.Beləliklə, bu 3 müxtəlif zonalarda çox müxtəlif torpaq tiplərinin inkişafı ancaq bu zonaların iqlim şəraitindən asılıdır.
4. Relyef. Relyef bir torpaq əmələ gətirən faktor kimi passiv amillərdən sayılır. Relyefin dəyişməsi ilə bilavasitə iqlim dəyişir. Belə ki, aran yerlərdə relyef düz hamar olduğuna görə istər temperaturun, istər yağıntının miqdarı bərabər sürətdə düşəcəkdir. Dağ zonalarında isə relyef müxtəlif olduğuna görə, bəzən hündür, bəzən alçaq, bəzən hamar formalarından asılı olaraq temperatur və yağıntının miqdarı relyefin formalarından asılı olaraq, müxtəlif cür mənimsəniləcəkdir. Buna görə də, aran yerlərində biz bir tipli torpağa təsadüf ediriksə, dağlıq yerlərdə isə torpaq tipləri və növləri tez-tez dəyişir. Relyefin dəyişməsi ilə və demək olar ki, relyef “mikroklimatik” şərait yaradır. Yəni dağ zonasının özünə məxsus, dağ ətəyinin özünə məxsus və aran yerlərin özünə məxsus iqlimi vardır. Bundan başqa, relyef torpaq örtüyünün yuyulmasına da təsir edə bilir və çox çökək yerlərdə torpaq örtüyü daima sular vasitəsilə yuyulub aşağı aran rayonlarına aparılır. Bu halda relyefdən asılı olaraq, biz hündür dağlıq yerlərdə get-gedə torpaq layının azalmasına, düzənlik yerlərdə isə əksinə torpaq layının artmasımna təsadüf edirik. Demək relyefin dəyişməsindən asılı olaraq torpaq örtüyü də dəyişə bilər.
5. Torpağın ömrü. Təbiətdə ümumi hadisələr müəyyən vaxt içərisində keçir. Buna görə də torpağın inkişafında vaxtın da böyük əhəmiyyəti vardır. Ümumiyyətlə, torpağın ömrü onun ana süxurundan törəmə vaxtından, tamam inkişaf dövrünə çatmış vaxtına deyilir. Torpağın ömrü ölkənin ömründən asılıdır. Ölkə nə qədər tez buz və ya suların təsiri altından azad olunmuşsa, onun ana süxurları xarici təbiətin təsiri altında az müddət qalmıbsa, torpağın ömrü də bir o qədər də çox olacaqdır. Ömrü cavan torpaqlara hələ də yeni süxurlar üzərində təsadüf etmək olur. Ms: dəniz sahilində SSRİ ərazisində ömürcə ən qədim torpaqlar cənub düzənliklərdəki qara torpaqlar sayılır. Çünki bu torpaqlar cənub rayonlarında inkişaf tapdıqda SSRİ-nin şimal hissəsi hələ də buzlaqların altında idi.

6. İnsanın torpaq inkişafına təsiri: İnsanın torpağa təsiri çox müxtəlifdir. İnsan öz mədəni təsiri ilə torpaqlardan k/t məhsulu almaq üçün ondan istifadə edir.O, torpağın məhsuldarlığını artırmaq üçün torpaqları şumlayır, gübrələyir, suvarır, bataqlıqları qurudur və s. Bu kimi tədbirlər torpaq əmələgəlmə prosesini dəyişdirərək torpağın istər tərkibini, istərsə də morfoloji quruluşunu dəyişdirir. İnsanlar tərəfindən meşələrin qırılması tədricən xam torpaqları bataqlıq torpaqlarına, daha sonra bataqlıqlara çevirə bilir. Cənub rayonlarında meşələrin qırılması onların iqliminə təsir edir və ibtidai meşə torpaqlarından şabalıd tipli torpaqlar alınır. Aran yelərdə torpaqların həddindən artıq suvarılması əksər torpaqları şoran və şorakət torpaqlara çevirə bilir. Beləliklə demək olar ki, insan fəaliyyəti ibtidai torpaqları dərindən dəyişib başqa torpaqlara çevirə bilir. Bundan başqa insanın torpaqlara sistematik halda gübrələməsi, xam torpaqlardan çox məhsuldar mədəni torpaqlar əmələ gətirir. Beləliklə, yuxarıda qeyd etdiyimiz torpaq əmələ gətirən faktorlar təbiətdə ayrı-ayrı deyil, bir-biri ilə əlaqəyə qirərək süxurlara birlikdə təsir edirlər. Bu faktorların birinin dəyişməsi ilə müxtəlif tipli torpaqlar törənə bilər. Buna görə də, yer üzündə lazımsız olan çox müxtəlif torpaq tiplərini torpaqəmələgəlmə prosesinə görə bir neçə torpaq tiplərində birləşdirmək olar. Əsas torpaqəmələgəlmə prosesi tipləri aşağıda qeyd etdiklərizimizdən ibarətdir.
1. Podzol tipli torpaq əmələ gəlmə prosesi.
2. Bataqlıq tipli torpaq əmələ gəlmə prosesi.
3. Qara torpaq tipli torpaq əmələ gəlmə prosesi.
4. Səhra düzənlik tipli torpaq əmələ gəlmə prosesi.
5. Şoran və şorakət tipli torpaq əmələ gəlmə prosesi.
6. Laterit tipli torpaq əmələ gəlmə prosesi.
Yuxarıda qeyd etdiyimiz torpaq tipləri yer üzərində yayılaraq, müəyyən torpaq qurşaqları və ya torpaq zonaları əmələ gətirə bilər. Ms: Podzol torpaqlar zonası tayqa və meşə zonasında yerləşmişdir. Bu tipdə torpaqlar tundra zonasında da geniş sürətdə yayılmışdır.
Bataqlıq tipli torpaqlar tundra və meşə zonasında yayılmışdır.
Qara tipli torpaqlar əsas ən çox düzənlik zonasında inkişaf tapmışdır. Düzənlik zonasından tədricən cənub və cənub-şərqə hərəkət etdikcə səhra- düzənlik zonası başlayır. Bu zonada şabalıdı, qonur və boz torpaqlar inkişaf tapmışdır. Az çox bu zonanın daxilində şoran və şorakət tipli torpaqlara da təsadüf etmək olur.
Laterit tipli torpaqlara adətən tropik və subtropik iqlim şəraitində inkişaf tapmışlar.
SSRİ-də bu tipli torpaqlar qərbi Gürcüstanda və Azərbaycanın cənub hissəsinin Talış rayonunda təsadüf etmək olar.


Vahid torpaq əmələ gəlmə prosesi.

Yuxarıda qeyd etdiyimizdən belə nəticəyə gəlmək olar ki, ümumiyyətlə hər bir ölkənin torpaq örtüyü ayrı-ayrı tiplər üzrə müəyyən qurşaqlarda yerləşmişdir. Bu torpaq qurşaqları daima inkişaf devri keçirirlər və onların bir-birilə genetik əlaqəsi vardır. Daha doğrusu, bir torpaq qurşağı başqa bir torpaq qurşağından əmələ gəlmişdir. Bunu əsas tutaraq, akademik Vilyams “vahid torpaq əmələ gəlmə prosesi” nəzəriyyəsini ortaya atmışdır. Bu alimin dediyinə görə, torpaq dinamik (hərəkət edici) bir kütlədir. Buna görə də torpaq öz ibtidai törəməsindən başlayaraq hal-hazırki vaxta qədər bir inkişaf dövrü keçir. Yerimizin keçmiş geoloji tarixini nəzərdən keçirmiş olsaq, bu alimin dediyinə görə vaxtı ilə SSRİ territoriyası tamamilə buzlaqlar ilə örtülmüş halda idi. Tədricən iqlimin dəyişməsilə əlaqədar olaraq, buzlaqlar əriyib geri çəkildikcə quraqlıqlarda bir tayqa zonası əmələ gəlir. Burada birinci dəfə ibtidai tundra torpaqları inkişaf tapmışlar, daha sonra buzlaqlar daha da geri cəkildikcə bu tundra zonası meşə zonasına çevrilir və podzol torpaqları əmələ gətirir. İqlim dəyişdikcə buzlaqların təsiri azalır, meşə zonası daha da şimala qalxıb keçmiş meşə zonası düzənlik zonasına çevrilərək qara torpaqlar əmələ gətirir və nəhayət, iqlim quraqlıq olduqca düzənlik zonası səhra düzənlik zonasına keçərək, şabalıdı, qonur, boz və şorakət tipli torpaqların inkişafı üçün əlverişli şərait yaradır. Bu nəzəriyyəyə əsasən, bizim hal-hazırdakı düzənlik və ya səhra- düzənlik zonalarının keçmişdə tundra zonası olmaları, şübhəsizdir. Deməli bir torpaq zonası başqa bir torpaq zonasından vahid torpaq əmələ gəlmə prosesi təsiri altında törəmişdir.

Torpağın üzvü hissəsi.
Aşınmış məhsullar üzərinə çökmüş olan bitki və heyvanat qalıqları çox müxtəlif şəkildə təsadüf edilirlər. Bəzi halda bu qalıqlar çox zəif çürümüş şəkildə olaraq,hələ də öz ibtidai formalarını itirməmiş olurlar. Bu halda biz üzvü qalıqlar arasında asanca adi gözlə bitkinin yarpaq hissəsini, yarpaq qırıntılarını, kökcükləri və xırda ağac qırıntılarını görə bilərik. Çürümə prosesi get-gedə şiddətləndikcə bitki qalıqları daha da parçalanmağa başlayırlar. Bu vəziyyətdə qalıqların ayrı-ayrı hissəsininn biz adi gözlə deyil zərrəbin (lupa) vasitəsilə görə bilərik. Bu halda üzvü qalıqları çox asan süxurun mineral hissəsindən ayırmaq mümkündür. Nəhayət ki, bitki və üzvü qalıqların çürüməsi o qədər şiddətlənə bilər ki, bu qalıqlar tamamilə öz ibtidai şəklini itirərək süxurların mineral hissəsi ilə bilavasitə kimyəvi əlaqəyə girir. Bu vəziyyətdə olan üzvü qalıqları süxurun mineral hissəsindən ancaq kimyəvi üsullarla ayırmaq mümkündür. Üzvü qalıqların bu dərəcədə çürüməsi və süxurların mineral hissəsilə bu kimi kimyəvi əlaqəyə girməsindən yeni bir birləşmələr əmələ gəlir ki, buna da “üzvü-mineral birləşmələri” deyilir. Bu yeni birləşmələr tərkibcə çox davamlı olur, həm süxura, həm də torpağa tünd rəng verirlər. Deməli, həm süxurun və həm də torpaq kütləsinin ayrılmayan və tamamilə mənimsənilmiş olan yeni bir üzvü hissəsinə torpağın “humusu” deyilir. Yuxarıda yazdıqlarımızdan belə nəticəyə gəlmək olar ki, humus maddəsi torpaqda olan üzvü maddələrin ancaq müəyyən bir hissəsini təşkil edir. Humus maddəsi torpaq ilə sıx kimyəvi əlaqəyə girmiş tünd çay və ya qəhvə şəklində üzvü bir maddərir.
Xüsusən qeyd etmək lazımdır ki, üzvü qalıqların bəzi birləşmələri humusun əmələ gəlməsində iştirak etmir. Bu birləşmələrə bitki qalıqlarının tərkibində olan sulu karbonlu maddələr, piy və yağlı maddələr daxildirlər,onlar humus əmələ gətirmir. Bu maddələr çürümə prosesi nəticəsində tamamilə parçalanaraq sadə birləşmələrə ayrılır. Ümumilikdə, torpaqda humusun əmələ gəlməsində itki qalıqların böyük əhəmiyyəti vardır. Əsasən humusu əmələ gətirən bitki qalıqlarıdır. Heyvanat və həşərat qalıqlarına gəlincə isə, bunlar humusun əmələ gəlməsində cüzi iştirak edirlər. Torpaqdan humusun əmələ gəlməsini müşahidə üçün illər boyu torpaq üzərinə düşən bitki qalıqlarının miqdarını nəzərdən keçirməliyik. Bu qalıqlar istər bitkinin tərkibindən, istərsə də, iqlim şəraitindən asılıdır. Ebermayerin apardığı tədqiqatlara görə, aşağıda qeyd etdiyimiz meşələrdə miqdarca bu kimi bitki qalıqları var.



Oxunub: 1697

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

Kitablar

Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri
Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması
Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası
Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri
Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması
Dağlarım mənim Dağlarım mənim