Minerallaşmış sularla şoran torpaqların yuyulması

Font:      

SSRİ TORPAQŞÜNASLARININ 5 ÜMUMITTIFAQ NÜMAYƏNDƏ QURALTAYININ HESABAT TEZISLƏRI . Мinsк 1977 Azərbaycan SSR EA Torpaqşünaslıq və aqrokimya institutu Kür-Araz ovalığında şoran torpaqların yuyulması və kənd təsərüfatı bitkilərinin əkilməsi son vaxtlar sürətlənmiştir.Bu zaman Xəzər dənizinə ayrılmış böyük miqdarda müxtəlif dərəcəli (1,2mlrd.m2)mineralaşmış suların kollektor-drenaj şəbəkəsi süzgəcdən keçirilir. Əgər nəzərə alsaq ki, Kür-Araz ovalığında şoran torpaqların yuyulması və kənd təsərüfatı bitkilərin becərilməsində su mineral suların çatışmamazlığı hiss olunur,o zaman bu qədər suyun dənizə axıdılması heç cür məqsqdəutğun deyil.Bunu nəzərə alaraq, şoran torpaqların yuyulmasında istifadə etmək məqsədi ilə ekspremental işlər aparılmışdır. Bu məqsədlə yalnız kollektor sular deyil ,həm də eyni zamanda Xəzər dənizinin suları istifadə olunmuşdur.Yuyulmaq üçün bu sular həm təmiz şəkildə, həm də çay sularıyla qatışıq(1:1 1:2) şəkildə verilmlşdir. Suların duzlarının və minerllarının tərkibi aşağdakı kimi xarakterizə edilmişdir:

Sular

Qal.sıxlığı

CO3

HCO3

Cl

SO4

Ca

Mg

Na+K

Kürün

0,784

yox

0,156

0,121

0,249

0,067

0,035

0,114

Коlletor

27,460

0,024

0,518

4,863

13,214

0,442

1,227

6,864

Xəzərin

13,140

0,024

0,195

5,076

2,970

0,314

0,780

2,966

Mineral suların yuyulmada istifadəsində dəqiq nəticələr almaq məqsədiylə 3 dəfə təkrarla laborator təcrübələr aparılmışdır.( hündürlüyü 20sm,diametri 3sm olan düralüminiy borularda)Eksprimentde böyük həcmli(1,55) və az sukeçirmə(0,1m\gün.) qabiliyyətli Şirvan düzünün killi torpağın üst 15sm qatı istifadə olunmuşdur.(fiziki kilin tərkibdə həcmi 74,4%)Torpaqlar çox şorakətlidirlər (Na23,3%), çox duzludurlar (2,4% duz), karbonatlı (3,22%) azhumusludur (1%), allçıya davamlıdırlar(5,83%). Torpağın duz tərkibi xlorlu-sulfatlı –kalsili-natrilıdı.Qeyd olundu ki,torpaqların killi olmasına və sukeçirmə qabiliyyətinin aşağı olmasına baxmayaraq .mineral sularla yuyulma torpaqların duzdan təmizlənməsində böyük əhəmiyyət kəsb edir.Və həm də çox zaman mineral sular çay sularına nisbətdə daha çox duz çıxarır.Belə ki,ilk filtrdən torpaqdan dəniz suları 180,3q\l,kollektor sular 144,5q\l,çay suları_Kür)cəmi 107,7q\l .duz çıxartdılar. Təxminən eyni vəziyyət ionların çıxarlmasında da müşahidə edilir.İkinci filtrlər 2-3 dəfə az çıxarırdılar.Mineral sularla çıxarılan duzların nisbəti ilk filtrdə olduğu kimi qalıb. Filtrlərdə dominant vəzifələri SO4Na+K və Cİ duz komponentləri təşkil edir. Qeyd edək ki,üçüncü filtrin başlanğacında ümumi normanın yarı hissəsin dən çoxu istifadə olunması suyun torpaqda hərəkəti zəifləyir və su keçirilmə minimuma qədər azalır.(0,1-0,2 ml\gün.) Bu təkcə mineral sularla təcrübələrdə deyil ,həmçinin çay su ilə də baş verdi.Təcrübələrin əvvəlində mineral suyun filtrasiyasının miqdarı daha çox idi(kollektor sularla və dəniz suyu ilə yuyunda2,7-3,0 ml\gün və bunların çay su ilə qatışığı 2,3-4,7 ml\gün.),nəinki çay suyu ilə yuyulunda.Bu hal və qalıntıların çox qalması bizi o fikrə gətirdi ki,torpağın yuyulmasını həmin su ilə(üçüncü PPV) davam etdirək və torpağın filtrasiya qabiliyyətini yaxşılaşdıraq .Bununla əlaqədar torpağın üstünə gips və istehsal tullantıları(ÜMO və OMO) kimi kimyəvi islahedicilər səpildi ki,bunların tərkibinə dəmirin ,alüminiyin ,misin kükürdturşulu duzlar(ÜMO), gips və üzvü birləşmələr dahildir.Hər islahedici 15t\qa hesabıyla torpağa daxil edilirdi.Bu torpağın su keçirmə qabiliyyətini keskin qaldırdı.Gipsin yeridilməsi filtrasiyanı əvvəlki vəziyyətinə qaytarır,amma ÜMO və OMO isə onu qaldırırdı. Bununla əlaqədar duzların dəniz və kollektor suları ilə çıxarılması üçüncü filtrasiyada daha yüksək oldu ,nəinki ikincidə.Dördüncü filtirasiya zamanı torpağın sukeçirmə qabiliyyəti hərçənd ki,çox yüksəlmişdi,ancaq duzların çıxarılması aşağı düşdü.Bu güman ki,torpağın tez əriyən duzlarının tükənməsi ilə izah olunur ki,buna təcrübəli torpaqların yuyulmadan sonrakı duzlaşması da dəlalət edir. Müəyyən edildi ki,suların mineralaşma dərəcəsindən asılı olmayaraq torpaqlar eyni dərəcədə duzdan təmizləndi.Torpaqdan 1,1-1,2% duz çıxarılıb.yuyulmadan sonrakı duzlaşma 1,2-1,3%. təşkil edir.Əgər nəzərə alsaq ki,torpaqda qalan duzlar əsas etibarı ilə ziyansız duzlardır və tərkiblərindəki toksit duzlar yalnız 0,1-0,2%,demək torpaqların yuyulmasını praktik əhəmiyyətini qeyd etmık olar.Torpağa yeridilmiş kimyəvi islahedicilərin köməkliyi ilə minerallaşmış sularla yuyulma zamanı torpaq duzlaşmadı,əksinə onların əhəmiyyətli dərəcədə neytrallaşması baş verdi.Yuyulmadan sonra həm absolyut,həm nisbətdə udulmuş natriy azaldı.Dəniz suyu ilə yuyulmadan sonra torpaq demək olar ki,tamamilə neytrallaşdı.Udulmuş natrinın miqdarı 23,3-dən 3,5-5,3% -dəkazaldı. 6-7%-ə qədər, bəzən 8-9%-dəkudulmuş natri azalırdı Kür suyu ilə yuyulma variantı və onun dəniz suyu ilə qatışığı və eləcədə kollektor sularla yuyulma zamanı .Mühüm dərəcədə udulmuş natrinin çox miqdarı Kür suyunun kollektor sularla qatışığı ilə yuyulmadan sonra ( 10-13%-ə qədər) qalmışdı.Bir fikir diqqəti cəlb edir ki, suyun istənilən vəziyyətdə istifadəsi 2,5-3,0 dəfə udulmuş natrinin absolyut halda çoxaldır ki, torpağın kalsi ilə bolluğuyla izah olunur. рН şəraitinin mənası 0,8-1,0-a qədər azaldı. Beləliklə aydın olur ki,Şirvan düzünün və Xəzərin minerallaşmış kollektor suları ilə gilli şoran torpaqlarının şumlama yuyulma rejimində yuyulması mümkündür və bu sular yalnız qumlu torpaqların sağlamlaşdırılması üçün deyil,həmçinin Kür-Araz ovalığının gilli karbonatlı və gipslı şoran torpaqlarında da istifadə edilə bilər.



Oxunub: 1472

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

Kitablar

Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri
Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması
Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası
Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri
Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması
Dağlarım mənim Dağlarım mənim