Azərbaycanın takırları

Font:      

XÜLASƏ
Takırlar Azərbaycanda geniş yayılmış torpaqlar olmasına baxmayaraq, ayrıca bir torpaq tipi kimi tədqiq edilməmişdir. Buna görə də tədqiqatlarımızda takırları ayrıca bir torpaq tipi kimi səciyyələndirib, onların sistematikası və xarakterik əlamətlərini öyrənmək məqsədini qarşımıza qoyduq.
Başqa torpaqlar kimi takırlar da bir sıra morfoloji, fiziki, fiziki-kimyəvi əlamət və xüsusiyyətləri ilə səciyyələnir. Bu torpaqlar üçün ən xarakterik əlamət onların səthinin müxtəlif həndəsi formalara parçalanmasıdır. Bu formalar bir-birindən müxtəlif diametrli çatlar vasitəsilə ayrılaraq, ifadəolunma dərəcəsindən asılı olaraq, qalın, yaxud nazik qaysaqlar yaradır. Həmin qaysaqlı qat ağır mexaniki tərkibə, çox zəif susızdırma qabiliyyətinə malikdir. Takırların səthində seyrək qaramtıl ləkələr şəklində ibtidai bitkilər (mamır və yosunlar) olur. Bu hal, takırlarda bioloji amilin zəif də olsa fəaliyyət göstərdiyinə dəlalət edir.
Yağmurlu illərdə takırlarda ibtidai bitkilər daha çox olur. Bu halda onların bəzilərində ayrı-ayrı ləkələr şəklində efemerlər meydana gəlir. Bəzən takırlarda efemerlərlə yanaşı birillik şoran bitkiləri, tək-tək hallarda isə çoxillik şoran bitkilərinin seyrək kollarına təsadüf olunur.
Bütün bunları nəzərə alaraq Azərbaycanda yayılmış takırları üç yerə böldük: tipik takırlar, inkişafda olan takırlar və takırabənzər primitiv boz torpaqlar. Bu torpaqlar bir-birindən bütün əlamətlərinə görə çox kəskin fərqlənir.



Oxunub: 1129

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

Kitablar

Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri
Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması
Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası
Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri
Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması
Dağlarım mənim Dağlarım mənim