Azərbaycanın düzənlik şəraitində yovşan bitkilərinin kök sistemləri haqqında

Font:      

XÜLASƏ
Yovşan bitkilərinin kök sistemlərinin öyrənilməsi az tədqiq edilmiş məsələlərdən biridir. Bu bitkilərin kök sistemlərinin inkişafetmə qanunauyğunluqarı və onların formaları haqqında hələlik ədəbiyyatda vahid bir fikir yoxdur. Bu məsələ barəsində müxtəlif alimlər, müxtəlif fikirlər söyləmişlər. Biz bu məqalədə apardığımız tədqiqat işlərinin nəticəsi olaraq yovşan bitkilərinin kök sistemlərinin forması və onların inkişafetmə qanunauyğunluqları haqqınla bəzi müəyyənliklər etməyə çalışmışıq.
Bir sıra alimlər yovşan bitkisinin kök sisteminin torpağın şor olmayan üst qatında yayıldığını və bu qatdan aşağıdakı qatın şorlaşmış olduğunu göstərirlər. Bu fikir bizim apardığımız tədqiqatların nəticəsində də müəyyən olunmuşdur. Lakin bununla belə müəyyən edə bilmişik ki, yovşan bitkiləri şiddətli dərəcədə şorlaşmış və şoran torpaqlarda da yaxşı inkişaf edə bilirlər. Bu halda bitkinin kök sisteminə torpağın nə dərəcədə rütubətlənməsinin böyük təsiri vardır. Belə ki, şoran torpaqlarda mövcud olan yüksək dərəcədə rütubətlənmə torpaq profilində duzların kəsafətini azaldaraq yovşan bitkilərinin həm yerüstü, həm də yeraltı hissələrinin yaxşı inkişaf etməsinə imkan yaradır. Bunu məqalədə verilən şəkil və təsvirlərdən daha aydın görmək olur, göstərilən faktlar torpaqda olan yüksək şorluluğun yovşan bitkisinin inkişaf etməsinə mənfi təsir etməsini söyləyən tədqiqatçıların fikirlərinin əsassız olduğunu göstərir.
N.İ.Beydeman [1] yovşan bitkisinin qrunt suları dərində olan sahələrdə yayıldığını göstərir. Bu, əsasən belədir. Lakin bununla belə yovşan bitkiləri qrunt suları dayazda olan (1-2 m) torpaqlarda da inkişaf edə bilir. Bu halda həmin bitkinin həm yerüstü, həm də yeraltı hissələri çox yaxşı inkişaf etmiş olur.
Apardığımız tədqiqat işlərinin nəticəsində müəyyən olunmuşdur ki, eyni növ yovşan bitkisi torpaq şəraitinin dəyişməsi ilə əlaqədar olaraq, müxtəlif formalı və müxtəlif dərinlikdə inkişaf etmiş kök sisteminə malik ola bilər (4, 5, 6, 7-ci şəkillər). Bu, yovşan bitkisinin ancaq müəyyən formalı kök sistemi olduğunu söyləyən tədqiqatçıların düzgün fikirdə olmadıqlarını sübut edir.
Yuxarıda söylənilənlərdən belə nəticəyə gəlmək olur ki, yovşan bitkilərinin kök sistemlərinin inkişafetmə dərinliyi əsasən torpağın su rejimi ilə sıx əlaqədardır. Torpaqların morfoloji quruluşu, duzluluq rejimi və başqa xüsusiyyətləri yovşan bitkilərinin kök sistemlərinin torpağın hansı dərinliyinə yayılmasında həlledici rol oynamır, onlar həmin bitkilərin kök sistemlərinin ancaq nə şəkildə formalaşmasına təsir göstərir.



Oxunub: 2159

Şərhlər: 1
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

Kitablar

Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri
Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması
Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası
Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri
Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması
Dağlarım mənim Dağlarım mənim