Duzların miqrasiyasında diffuziyanın əhəmiyyəti

Font:      

XÜLASƏ
Torpaqlarda duzların diffuziyasının dəyişmə qanunauyğunluqlarının müəyyən edilməsi nəzəri və praktiki cəhətdən çox əhəmiyyətlidir. Lakin buna baxmayaraq, torpaqlarda duzların diffuziya prosesinin öyrənilməsi çox az tədqiq edilmişdir. Bu sahədə olan bəzi işlər, əsasən, gübrə duzlarının öyrənilməsinə həsr edilmişdir. Duzların torpaqda hərəkət etməsinə hidrodiffuziya qanununun tədbiq edilməsi ilə ilk dəfə A.F.Lebedev və B.A.Çernov məşğul olmuşlar.
Biz çöl təcrübə işləri nəticəsində müəyyən etmişdik ki, delüvial formada şorlaşmış torpaqların suvarma şəraitində və eləcə də təbii şəraitdə təkrar şorlaşmasında duzların diffuzyasının rolu hiss ediləcək dərəcədədir. Bu prosesin miqdarı olaraq nə dərəcədə təsir göstərməsini müəyyən etmək üçün təcrübə işləri apardıq.
Təcrübə qəbul olunmuş ümumi metodika üzrə Gürovdağ massivindən götürülmüş boz-qonur torpaqda NaC1 duzu ilə aparılmışdır.
Təcrübə müxtəlif dərəcədə rütubətlənmiş torpaqlarda aparılmışdır. Torpaqların rütubətlənmə dərəcəsindən asılı olmayaraq diffuziya prosesi duzların məhlulda hərəkətetmə qanunauyğunluğuna və deməli, Fikin hidrodiffuziya qanununa tabe olmuşdur (2-ci cədvəl və 2-ci şəklə bax). Lakin buna baxmayaraq, torpaqda rütubət miqdarının artması duzların diffuziyaya uğrama prosesini şiddətləndirmişdir. Baxmayaraq ki, təcrübə aparılan variantların hamısında 15 sutka ərzində duzların diffuziyası təcrübə silindrində olan torpaqların bütün qatlarını əhatə etmişdir, ancaq bu halda diffuziyaya uğrayan duzun miqdarı zəif rütubətlənmiş torpağın üst qatında az, şiddətli rütubətlənmiş torpağınkında isə çox olmuşdur. Belə bir nisbət eləcə də 30 və 60-sutkalıq təcrübələrdə müəyyən edilmişdir. Torpaqda rütubətin çoxalması, eyni zamanda, diffuziya əmsalının artmasına da təsir göstərmişdir. Belə ki, zəif dərəcədə rütubətlənmiş (16,5%) torpaqda vaxtdan asılı olaraq duzların diffuziya əmsalı 0,133-0,201 sm2/sut arasında dəyişmişdirsə, rütubəti 21% olan torpaqda bu göstərici 0,179-0,343 sm2/sut olmuşdur. Belə bir artım təcrübənin başqa variantlarında da müəyyən edilmişdir. Duzların diffuziyası təcrübəsində müəyyən etdik ki, silindrdə olan rütubət, adətən, duz qoyulmuş torpaq qatına doğru hərəkət edir.
Təcrübələr nəticəsində aydın oldu ki, delüvial formada şorlaşmış torpaqlarda duzların diffuziya əmsalı xeyli böyükdür və bu, torpağın rütubətlənmə dərəcəsindən və fiziki xassəsindən asılı olaraq dəyişir.
Yuxarıda deyilənlərdən belə nəticəyə gəlmək olar ki, delüvial formada şorlaşmış torpaqların duz profillərinin əmələ gəlməsində duzların diffuziyasının rolu olduqca böyükdür. Bu torpaqlarda apardığımız çoxillik tədqiqatların nəticəsi göstərdi ki, burada diffuziya prosesinin getməsi üçün torpaqların əlverişli su-duz rejimi vardır.



Oxunub: 2267

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

Kitablar

Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri
Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması
Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası
Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri
Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması
Dağlarım mənim Dağlarım mənim