Mil düzü şəraitində şorlaşmış sahələrin dinamikası

Font:      

Hal-hazırda Mil düzündə böyük miqyasda suvarma və meliorasiya işləri aparılır. Bunun nəticəsində də ərazinin torpaqlarında müəyyən dəyişikliklər baş verir. Bu dəyişikliklərin hansı istiqamətdə getməsini müəyyənləşdirmək məqsədi ilə Mil düzü şəraitində tədqiqat obyekti olaraq Ağcabədi rayonunun Orconikidze adına suvarma sistemi zonasında yerləşən Şaumyan və Mikoyan adına kolxozlarının sahəsindən istifadə edilmişdir.
Həmin kolxozların təbii şəraiti, demək olar ki, eynidir. Fərq yalnız orasındadır ki, Mikoyan adına kolxoz sahənin nisbətən yuxarı hissəsini, Şaumyan adına kolxoz isə aşağı hissəsini əhatə edir.
Şorlaşmış sahələrin dəyişilmə sürətini öyrənmək məqsədi ilə Azərbaycan SSR Elmlər Akademiyasının Torpaqşunaslıq və Aqro-kimya İnstitutu təsvir edilən kolxozların ərazisində təkrar olaraq duz syomkasının aparılmasını lazım bilmişdir.
1960-cı ildə biz on min miqyasıda torpaqların duz syomkası ilə məşğul olmuşuq. Bunun nəticəsində hər iki kolxoz üçün torpağın birinci və ikinci metrlik qatının şorlaşması, qrunt sularının
dərinliyi və minerallaşma xəritəsi tərtib edilmişdır.
Mikoyan adına kolxozun sahəsində şorlaşmış sahələrin dinamikası.
Mikoyan adına kolxozun sahəsi şimal-qərb tərəfdən altıncı bölüşdürücü şimal-şərqdən beşinci suvarıcı, cənub-şərqdən yeddinci sutoplayıcı və cənub-qərbdən isə Orconikidze adına kanalla hüdudlanır. Relyefi mailli cənub-qərbdən şimal-şərqə olan ibarətdir. Sahə altı drenaj vasitəsi ilə drenajlanır bunların da arasındakı məsafə 600-800 m-dir. Kolxozun bütün sahəsində əsaslı hamarlanma, ondan sonra da yuyulma aparılmışdır.
1954-cu ildə kolxozda duz syomkası aparılmış və alınan nəticələr əsasında xəritə (1-ci şəkil) tərtib edilmişdir. Xəritədən göründüyü kimi, Mikoyan adına kolxozun torpaqları 1954-cu il yuyulmasından sonra şorlaşmadan tamamilə azad ola bilməmişdir. Tərkibində 0,3%-dən az duz olan duzsuz torpaqlarla yanaşı, böyük sahələr orta və şiddətli dərəcədə şorlaşmış torpaqlarla xarakterizə olunur.
Duzsuz torpaqlar kolxozun ərazisində əsasən sahənin cənub-qərb və qismən də şimal-qərb hissəsini tutaraq, ayrı-ayrı ləkələr halında kolxozun şimal-şərq hissəsində rast gəlir. 1954-cü ildə kolxozda duzsuz torpaqların ümumi sahəsi ərəzinin -dən artıq deyildir.
Şorlaşma dərəcəsi 0,3-0,6% olan torpaqların tutduğu sahə nəzərə çarpacaq dərəcədədir. Belə torpaqlar dağınıq halda yayılmışdır. Onlar ayrı-ayrı konturlarla kah kiçik, kah da böyük sahədə həm duz, həm də orta və şiddətli dərəcədə şorlaşmış torpaqlar arasında rast gəlir. Kolxozun sahəsində həmin torpaqlar duzsuz topaqların tutduğu sahə gədər yer tutur. Şorlaşması 0,6-1,0% olan torpaqlar da, demək olar ki, eyni dərəcədə yayılmışdır.
1-<0,3; 2-0,3-0,6; 3-0,6-1,0; 4-1,0-1,5; 5-1,5-2,0; 6-2,0-2,5; 7->2,5%
1-<0,3; 2-0,3-0,6; 3-0,6-1,0; 4-1,0-1,5; 5-1,5-2,0; 6-2,0-2,5; 7->2,5%
1-<0,3; 2-0,3-0,6; 3-0,6-1,0; 4-1,0-1,5; 5-1,5-2,0; 6-2,0-2,5; 7->2,5%
Şiddətli dərəcədə şorlaşmış torpaqların yayılması isə başqa xarakter daşıyır. Həmin torpaqlar kolxoz ərazisinin şimal-şərq hissəsində yerləşərək, ümumilikdə böyük bir kontur təşkil edir. Belə torpaqlar ayrı-ayrı ləkələr halında başqa yerlərdə, orta dərəcədə şorlaşmış torpaqlar arasında rast gəlir. Qeyd etmək lazımdır şiddətli dərəcədə şorlaşmış torpaqlar böyük bir sahəni təşki1 edir, bu da kənd təsərrüfatı bitkilərinin əkin sahəsini xeyli azaldır.
Ancaq qeyd etmək lazımdır ki, biz Mikoyan adına kolxozun ərazisindəki şorlaşmış torpaqların tam təsvirini verə bilmirik, çünki duz syomkası zamanı ərazi bütünlüklə əhatə edilməmişdir. Bir metrlik torpaq qatı üçün tərtib edilmiş xəritədən göründüyü kimi (2-ci şəkil), 1954-cü ildən sonra keçən müddət ərzində Mikoyan adına kolxozun torpaqlarının şorlaşma dərəcəsi əhəmiyyətli dərəcədə duzsuzlaşmışdır.

1-<1; 2-1,0-1,5; 3-1,5-2,0; 4->2,0 m.
1-<5; 2-5-10; 3-10-15; 4-15-20; 5-20-25; 6->25 q/l.
Duzsuzlaşma kolxozun bütün arazisində gedirdi. Torpağın bir metrlik qatında asan həllolan duzların miqdarı 0,1%-ə qədər azalmışdır. Tərkibində 0,3-dən 0,6%-ə qədər duz olan torpaqlar ayrı-ayrı ləkələr şəklində rast gəlir və kolxozun ümumi sahəsinə nisbətən cüzi bir hissəni təşkil edir.
Orta və şiddətli dərəcədə şorlaşmış torpaqlar kiçik hissələr şəklində rast gələrək, kolxozun ümumi ərazisinin 1-2%-ə qədərini əhatə əyatə edir. Qeyd etmək lazımdır ki, şorlaşmış torpaqlar ərazinin şərq hissəsində (Şaumyan adına kolxozla sərhəd hissədə) yerləşir.
Göstərmək lazımdır ki, duzsuzlaşma torpağın ikinci metrlik qatında da baş vermişdir. Bunun nəticəsində kolxozun ümumi sahəsinin yarısından çox hissəsi, demək olar ki, duzsuzlaşmışdır (duzun miqdarı 0,1%-ə qədərdir). Duzsuzlaşmış torpaqlar 1 və 3 №-li suvarıcı qrupları arasında yerləşən sahəni, 3 və 4 №-li suvarıcılar arasındakı ərazinin isə, demək olar ki, yarısıni əhatə edir.
Qeyd etmək lazımdır ki, duzsuzlaşmış torpaqların sahəsi çox da böyük sahəni tutmayan ayrı-ayrı uzanmış konturlarla şorlaşma dərəcəsi yüksək olan (0,3-0,6 və 0,6-1,0%) torpaqlar rast gəlir.
Şorlaşma dərəcəsi 0,3-0,6 və 0,6-1,0% olan torpaqlar əsasən kolxoz ərazisinin şərq hissəsində yerləşmişdir. Həmin salədə böyük olmayan ləkələr halında şiddətli dərəcədə şorlaşmış torpaqlar yayılmışdır.
Qeyd etmək lazımdır ki, qərbdən şərqə getdikcə kolxozun ərazisində torpaq qatının ikinci metrində asan həll olan duzların miqdarının tədricən artması muşahidə edilir. Təqdim edilən xəritədən (3-cü şəkil) göründüyü kimi, ən yüksək şorlaşma (1,0-1,5 və 1,5-2,0%) kolxoz ərazisinin şərq hissəsinə aiddir (suvarıcının beşinçi qrupu boyunca).
Qrunt sularına gəlincə qeyd etmək lazımdır ki, Mikoyan adına kolxozun ərazisində onların dərinliyi cənub-qərbdən şimal-şərq istiqamətinə doğru azalır. Kolxoz ərazisinin hissəsi dərinliyi 2 m-dən artıq olan qrunt sularına malikdir. Kolxozun şimal-şərq hissəsində böyük olmayan sahədə qrunt suları 1,5-2,0 m dərinlikdə yatır. Bəzi yerlərdə isə ayrı-ayrı ləkələr şəklində qrunt suları yer səthindən 1,0-1,5 m dərinlikdədir (4-cü şəkil).
Qrunt sularının minerallaşması, demək olar ki, yüksək deyildir. Kolxozun ərazisinin yarısında suların minerallaşması 5 q/l-dən artıq deyildir. Bu, tədrici olaraq cənub-qərbə doğru artır, çox da böyük olmayan sahələrdə isə minerallaşma 20 q/l-ə çatır (5-ci şəkil).
Mikoyan adına kolxozun ərazisində şorlaşmış torpaqların dinamikasına dair yuxarıda deyilənlərdən aşağıdakı nəticəyə gəlmək olar.
Keçən altı il müddətində (1954-cu ildən sonra) kolxozun ərazisində birinci metrlik qatda torpaq tamamilə duzsuzlaşmışdır. Burada torpağın kənd təsərrüfatı bitkilərinin əkini üçün istifadə edilməsinə səbəb olmuşdur. 1960-cı ildə kolxoz dənli bitkilərdən pambıqçılıqdan yüksək məhsul götürmüşdür.
Şaumyan adına kolxozun ərazisində şorlaşmış sahələrin dinamikası
Yuxarıda qeyd edildiyi kimi, Mikoyan adına kolxozun şərq sərhəddində Şaumyan adına kolxozun ərazisi yerləşir. Bu kolxozun torpaq-meliorasiya şəraiti, demək olar ki, eynidir.
1-ci şəkildən göründüyü kimi, Şaumyan adına kolxozun torpaqlarının şorlaşma dərəcəsi olduqça müxtəlifdir (1954-cu ilin duz syomkasıma əsasən). Duzdan azad olmuş torpaqlardən başqa orta yüksək dərəcədə şorlaşmış torpaqlar böyük bir sahəni tutur. Qeyd etmək lazımdır ki, belə torpaqlar müəyyən bir sahəni tutmur. Onların kiçik və böyük konturlarla kolxozun bütün ərazisində yayılmışdır. Az şorlaşmış torpaqlar ərazinin cənub-şərq hissəsində böyük sahəni tutmasına baxmayaraq, kolxozun başqa hissələrində də rast gəlir. Yüksək dərəcədə şorlaşmış torpaqlar kolxozun şimal-qərb hissəsində yayılmışdır. Belə torpaqların yerləşdiyi sahə kolxoz ərazisinin böyük hissəsini əhatə edir. Bütöv konturları tutmamasına baxmayaraq, belə torpaqların konturu duzdan təmizlənmiş torpaqların konturundan böyükdür.
Şaumyan adına kolxozun torpaqları bir-birindən 600-1000 m məsafədə yerləşmiş yeddi drenajla kəsilir. Drenaj şəbəkəsinin vəziyyəti qənaətbəxş deyildir. Drenajları hər yerdə sıx və yüksək qamışlıq basmışdır. Bu da lilləşməyə və axarların əmələgəlməsinə drenaj suları axımının zəifləşməsinə, bəzən isə kəsilməsinə səbəb olur.
Kolxozda torpaqların hamarlanması həyata keçirilmişdirsə də, lakin bəzi yerlərdə o, sona çatdırılmamışdır. Bu da yuyulmanın nəticələrinə mənfi təsir göstərmişdir. 2-ci şəkildə yuyulmadan 6 il somra aparılmış duz syomkasının nəticələri verilmişdir. Bu xəritədən göründüyü kimi, yuyulma ümumiyyətlə torpağın metrlik qatının duzdan azad olmasına səbəb olmuşdur. Hazırkı vəziyyətdə şorlaşma dərəcəsi müxtəlif olan torpaq konturları müəyyən forma olaraq, kolxoz ərazisinin müəyyən hissəsinə aiddir. Böyük sahələri tutan duzsuz və zəif şorlaşmış trpaqlar indi kolxoz ərazisinin yarıdan çoxunu əhatə edir. Belə torpaqlar kolxozun cənub-şərq hissəsinə aiddir. Orta və kəskin sürətdə şorlaşmış torpaqlar isə kolxozun şimal-qərb hissəsində yerləşmişdir (2-ci şəklə bax).
Qeyd etmək lazımdır ki, belə torpaqların sahəsi və şorlaşması ilkin məlumatlara nisbətən xeyli artmışdır. Bu, görünür ki kolxozun həmin sahəsinin aşağı keyfiyyətdə hamarlanması ilə əlaqədardır. Qeyd etmək lazımdır ki, həmin sahənin torpaqları həm əvvəlcə, həm də yuyulmadan sonra istifadə edilməmişdir; ona görə də belə torpaqlar suvarılan sahələr üçün quru drenaj rolunu oynamışdır. Digər tərəfdən, həmin sahə kolxozun başqa sahəsinə nisbətən aşağı hündürlük nöqtəsində yerləşmişdir. Bununla əlaqədar olaraq, həm qrunt, həm də artıq suvarma suları buraya axır. Bu suların buxarlanması isə torpaqların şorlaşmasına səbəb olur.
Şaumyan adına kolxozun ərazisi istiqamətində qrunt suları axınının olmasını qrunt sularının yatım dərinliyi xəritəsindən görmək olar.
Şəkildən göründüyü kimi, Mikoyan adına kolxozun ərazisindəki qrunt sularına nisbətən Şaumyan adına kolxozun ərazisindəki qrunt suları yerin səthinə yaxın yatır. Bunun nəticəsində də Şaumyan adına kolxozun ərazisinin demək olar ki yarıdan çoxu 1-1,5 m dərinliyi olan qrunt sularına malikdir.
Qrunt sularının yaxın dərinliyi kolxozun əsasən şimal-qərb hissəsinə aiddir.
Belə bir vəziyyət qrunt sularının minerallaşma dərəcəsində də qeyd edilmişdir. Qrunt sularının nisbətən yüksək minerallaşma dərəcəsi Şaumyan adına kolxozun ərazisində müşahidə edilir ki, bu da 40 q/l-ə bərabərdir.
Beləliklə, güman etmək olar ki, cənub-qərbdən şimal-şərq istiqamətində axan qrunt suları Şaumyan adına kolxozun ərazisində torpaq-qruntun şorlaşmasına səbəb olur.
Mil düzü şəraitində şorlaşmış sahələrin dinamikasına dair aşağıdakı nəticələrə gəlmək olar.
1. Şaumyan və Mikoyan adına kolxozların eyni təbii şəraitdə yerləşməsinə baxmayaraq, meliorativ tədbirlərin təsiri müxtəlif olmuşdur.
2. Meliorasya edilmiş torpaqlara duzgün və təsərrufat nöqteyi nəzərindən yanaşılması, torpaqların əsaslı və cari hamarlanması, suvarma sularından qənaətlə istifadə edilməsi, suvarılmanın düzgün rejimi, drenaj şəbəkələrinin vaxtlı-vaxtında təmizlənməsi və s. amillər Mikoyan adına kolxozda torpağın bir metrlik qatının ardıcıl və tam olaraq duzsuzlaşmasına səbəb olmuşdur.
3. Kollektor-drenaj şəbəkələrinin yaxşı saxlanmaması, suvarma suyunun qənaətlə işlənilməməsi, keyfiyyətsiz hamarlanma, bəzən də suvarılan sahələrin planlaşdırılmaması və s. bu kimi səbəblər Şaumyan adına kolxozun torpaqlarında duzların miqdarının artmasına şərait yaratmışdır.
4. Göstərilən dəlillər sübut edir ki, şorlaşmış torpaqlara Mil düzü şəraitində düzgün meliorativ nöqteyi-nəzərdən yanaşılarsa, o zaman belə torpaqlar qısa müddətdə əkinə yararlı hala salınır. Düzgün aqrotexnika tədbirləri sayəsində isə belə torpaqlarda kənd təsərrüfatı bitkiləri (pambıq, taxıl bitkiləri, yonca) becərmək və onlardan yüksək məhsul almaq olar.



Oxunub: 3582

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

Kitablar

Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri
Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması
Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası
Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri
Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması
Dağlarım mənim Dağlarım mənim