Kür-Araz ovalığı şəraitində delüvial formada şorlaşmış torpaqlarin spesifikası haqqında

Font:      

Azərbaycanın dağətəyi zonasında geniş sahədə delüvial formada şorlaşmış torpaqlar yayılmışdır. Bu torpaqların xüsusiyyətləri haqqında ədəbiyyatda, demək olar ki, bu günə kimi heç bir məlumat verilməmişdir. Bununla belə hazırda təsərrüfat orqanları həmin torpaqlardan müəyyən dərəcədə istifadə etməyə başlamışlar. Lakin delüvial formada şorlaşmış torpaqların az öyrənilməsi onların istifadə edilməsində böyük çətinliklər törədir. Odur ki, bu kimi torpaqların xüsusiyyətlərini öyrənmək həm nəzəri, həm də əməli cəhətdən böyük əhəmiyyətə malikdir. Bu məqsədlə Azərbayçan SSR EA Torpaqşunaslıq və Aqrokimya İnstitutu delüvial formada şorlaşmış torpaqların xüsusiyyətini öyrənmək üçün xüsusi tədqiqat işi aparmağı qərara almışdır.
Delüvial formada şorlaşmış torpaqların spesifik xususiyətlərini öyrənmək məqsədilə çöl tədqiqat işləri üçün Azərbaycanın Cənub-şərqi Şirvan, Şimal-qərbi Qarabağ və Şimal-qərbi Xəzər sahili düzənliklərində təçrübə işləri aparmışıq. Çöl tədqiqat işlərimizin proqramına aşağıdakı işlər daxil edilmişdir.
1. Stasionar meydançaların qoyulması və həmin meydançaların torpaqlarının fiziki-kimyəvi xüsusiyyətlərinin öyrənilməsi.
2. 12 meydançada torpaqların su-duz dinamikasının stasionar qaydada öyrənilməsi.
3. Kicik ləklərdə delüvial formada şorlaşmış torpaqların yuyulması.
Məqalədə Çənub-şərqi Şirvan şəraitində (Gürovdaq massivi rayonu) delüvial formada şorlaşmış torpaqların xüsusiyyətindən və eləcə də Siyəzən, Sumqayıt rayonlarında delüvial formada şorlaşmış torpaqların yuyulmasından alınan nəticələrdən bəhs edilir.
Kur-Araz ovalığı şəraitində delüvial formada şorlaşmış torpaqların xarakterik xususiyyətləri aşağıdakılardan ibarətdir.
1. Torpaqların mexaniki tərkibi
Torpaqların mexaniki tərkibi delüvial yamacların yuxarı hissəsindən aşağı hissəsinə doğru tədricən dəyişir. Belə ki, Azərbaycan şəraitində apardığımız tədqiqatlardan müəyyən olunmuşdur ki, delüvial yamacların yuxarı hissəsində yayılmış torpaqlarda fiziki gilin miqdarı nisbətən az olub, yamacların aşağı hissələrinə doğru artır. Yamacların yuxarı hissələrində torpaqlar yüngül və orta gillicəli (fiziki gilin miqdarı 50-70%) aşağı şleyf hissədə isə ağır gilli (fiziki gilin miqdarı 80%-dən çoxdur) olması ilə səciyyələnir (1-ci şəkil).
Delüvial yamacların yuxarı və orta hissəsindəki torpaqlarda fiziki gilin miqdarı profil üzrə üst qatdan aşağı qata doğru artır. Lakin şleyf zonasında isə torpaqlar bütün profil üzrə ağır gillidirlər.
2. Torpaqların şorluğu.
Torpaqların mexaniki tərkibi kimi onların şorluğu da delüvial yamacların yuxarı hissəsindən aşağı hissəsinə doğru artır. Yuxarı hissədə torpaqların üst 60-80 sm-lik qatında duzlar azdır (0,1-0,4%). Aşağı hissələrdə isə torpaqların üst qatındakı duzların miqdarı nisbətən artır 0,5-0,8%) və həmin qatın qalınlığı azalır (35-50 sm).
Nisbətən az şorlaşmış üst qatdan aşağıda torpağın şorluğu xeyli artır. Bu halda həmin qatda duzların miqdarı təxminən şoran torpaqlardakı kimi olur. Belə ki, burada duzların ümumi miqdarı 2-3%-ə çatır. Şleyf zonasında isə torpaqlar bütün profil üzrə duzların çoxluğu ilə səciyyələnir (2-3-cü şəkillər). Buranın torpaqları şorandırlar.
Qeyd etmək lazımdır ki, şleyf zonasında yayılan şoran torpaqlar morfoloji xüsusiyyətlərinə görə takıra bənzəyirlər. Onlar parket formasında ayrı-ayrı hissələrə parçalanmış hamar səth quruluşuna malikdirlər (4-cu şəkil a və b).
Ərazinin takırabənzər şoran sahəsi, demək olar ki, bitki örtüyündən məhrumdur. Torpaq əsasən 3-5 sm qalınlığında möhkəm qaysaqla örtülmüşdür. Bu qatın altında böyük laylara ayrıla bilən yastı strukturalı qat vardır.
Şleyf zonası torpaqlarının xarakterik xüsusiyyəti bir də ondadır ki, burada duzların maksimum miqdarı (3%-dən çox) torpağın orta qatında toplanmışdır.
Delüvial formada şorlaşmış torpaqların kimyəvi tərkibi haqqında onu demək olar ki, onların üst qatlarında bikarbonatın miqdarı çox (0,07-0,10%), alt qatlarında isə azdır (0,02-0,03%).
Ümumiyyətlə, torpaq profilində NaC1 və Na2SO4 duzları çoxluq təşkil edir.
Zənnimizcə, tədqiq etdiyimiz sahənin torpaqlarının şorlaşması iki yolla gedir:
1) delüvial axınların təsiri;
2) delüvial axınların və qrunt suyunun birgə təsiri.

Geoloji məlumatlara əsasən tədqiq etdiyimiz Gürovdaq massivinin suayrıcı, hissəsi 10-12 km uzunluğunda və ətəklərinin mayilliyi 15-20° olan braxiantiklinaldan ibarətdir. Bu, Abşeron və bəzi sahələrdə Bakı yarusları və qədim Xəzər çöküntüləri ilə mürəkkəbləşmişdir.
Eroziyaya uğramış dərin dərələrin yamac və diblərində çoxlu miqdarda bitum salzları, yaxud yuvenil qrifonları və qaynamalar şəklində neftli suyun üzə çıxması muşahidə edilir (5-ci şəkil a və b)
Cədvəldən göründüyü kimi, bu sular çox şordurdar. Suyun hər litrində 21 q-a qədər duz vardır. Kimyəvi tərkibinə görə NaCl duzu üstünlük təşkil edir.
Gürovdağın suayrıcı hissəsi kiçik və nisbətən böyük (bəzisi sönmüş, bəzisi isə fəaliyyətdə olan) çoxlu palçıq vulkanlarla mürəkkəbləşmişdir.
Beləliklə, ərazinin qeyd etdiyimiz geoloji şəraiti delüvial axınların əmələ gəlməsində böyük rol oynayır.
Delüvial axınlar öz hərəkətləri istiqamətində şorlaşmış süxurların üzərindən keçərək, palçıq vulkanları və qaynamaların şorlaşmış suyu ilə qarışaraq əmələ gəlmiş axın və yığınların yüksək dərəcədə şorlaşmasına səbəb olur. Delüvial axınlar yamacların çox meyilli sahələrindən keçərkən onların sürəti yüksək olduğundan həmin axınlar torpağa lazımınca hopa bilmir. Ona görə də delüvial axınlar o sahənin torpaqlarının üst qatlarının şorlaşmasında nisbətən zəif iştirak edir.
Yamaçların az meyilli hissələrində isə delüvial axınların sürəti azalır və həmin axınlar özləri ilə gətirdikləri yağınları bu hissədə çökdürərək torpağa asanlıqla hopa bilir. Torpağa hopmuş su sonradan yüksək temperatur təsiri nəticəsində buxarlanmaya məruz qalaraq tərkibindəki duzları torpaqda toplayır. Şleyf zonasında torpağın alt qatlarında olan yüksək şorluq isə, zənnimizcə, qrunt suyunun kapilyar təsirilə əmələ gəlmişdir. Belə ki, hidrogeoloji məlumatlara əsasən ərazinin bu hissəsində
qrunt suları orta hesabla 6 m dərinlikdə yerləşir. 4-cü şəkildən göründüyü kimi, qrunt suyunun təsirilə rütubətlənmə torpağın 110-120 sm-lik dərinliyinə qədər olur. Delüvial axınlar isə torpağın təxminən 70 sm-lik dərinliyinə qədər hopa bilir. Buna görə də duzların maksimum miqdarı bu iki təsirin arasında yerləşən torpaq qatında toplaşmış olur.
3. Torpaqların şorakətliyi
Tədqiq etdiyimiz torpaqların hamısında müəyyən dərəcədə şorakətlik vardır. Bu torpaqların A qatı boz rəngdə olub, lövhəvari yaxud prizmaşəkilli strukturaya malikdir. Həmin qatın qalınlığı ərazinin bu və ya başqa hissəsində 15-25 sm təşkil edir. Torpağın B qatı xeyli bərk sütunvari strukturalıdır.
Şorakətləşmə prosesi delüvial yamacların yuxarı və orta hissələrində daha aydın ifadə olunmuşdur. Məsələn, delüvial yamacların orta hissəsində yayılan torpaqlarda natrium udulmuş əsasların cəminin 15-18%-ni təşkil edir.
Tədqiq etdiyimiz sahədə torpaqların şorakətləşməsi eyni zamanda onların üst qatında ümumi qələviliyin çox olması ilə təsdiq edilir. Bu torpaqlarda udulmuş natriumun çox olmasını və bununla əlaqədar olaraq torpağın şorakətliyini aşağıdakılarla izah etmək olar.
Cədvəldən göründüyü kimi, delüvial axınların mənbəini təşkil edən qaynama sularında Na ionu böyük çoxluq təşkil edir. Bunun miqdarı həmin suların hər litrində 7 q-dan çoxdur. Odur ki, tədqiq etdiyimiz torpaqlarda udulmuş natriumun birinci və əsas mənbəyi delüvial axınlar hesab edilir.
Torpaqlarda udulmuş natriumun toplanmasına təsir edən ikinci amil, zənnimizcə, bioloji yolla natriumun toplanması hesab edilə bilər. Bu halda natriumun torpaqdakı bioloji mənbəyi əsasən kserofit yovşan və qarağan bitkilərində olan natriumun üzvi birləşməsi hesab edilə bilər. Tədqiq etdiyimiz ərazi, demək olar ki, başdan-başa həmin bitkilərlə örtülmüşdür və bunların külundə çoxlu miqdarda Na vardır. Bu bitkilər çürüyən zaman natrium bikarbonat (NaHCO3) və natrium karbonat (Na2CO3 ) duzu əmələ gəlir və onlarda olan Na kationu, demək olar ki, tam mənasilə torpaqda udulur və torpağın uducu kompleksində olan Na kationu isə aşağıdakı qaydada uducu kompleksdən çıxarılır:

(burada T-torpaqdır).
Yovşan və qarağan bitkiləri eyni zamanda suda asan həll ola bilən maddələrin torpağın alt qatlarından onun üst qatlarına miqrasiyasında da böyük rol oynayır. Sonradan həmin duzlar səth suları yaxud yağış suları təsirilə torpağın alt qatlarına yuyulur və nəticədə torpağın yuyulmuş üst qatlarında udulmuş natriumun miqdarı artır.
4. Torpaqların su-duz dinamikası.
Tədqiq etdiyimiz rayonda torpaqların su-duz dinamikası ərazinin səth quruluşundan və yüksəkliyindən asılı olaraq dəyişir. Bu halda eyni zamanda rütubətin və duzların miqdarı torpaqların profilində də dəyişilir.
Delüvial yamacların yuxarı zonasındakı torpaqların su rejimi impermasid (yuyulmayan) xarakter daşıyır. Belə ki, torpaqların üst qatları atmosfer yağıntıları və delüvial axının hesabına daim nisbətən çox rütubətlənmiş və dinamik olur.
5-ci (a) şəkildən göründüyü kimi, torpağın üst qatında nisbətən böyük rütubətlənmə (15-20% və çox) payız-qış aylarında olur. Bu vaxt alçaq temperatur şəraitində illik atmosfer yağıntıları miqdarının, demək olar ki, yarısı yağır. Yazın orta aylarından başlayaraq təsvir etdiyimiz torpaq qatında rütubətin miqdarı tədricən azalır. Yay aylarında isə (iyundan sentyabra qədər) rütubətin miqdarı minimuma (5%-dən az) düşür.
Torpağın orta və alt qatları, demək olar ki, bütün il muddətində az rütubətli (5-10%) olur. Bu, delüvial yamacların yuxarı zonasındakı atmosfer yağıntılarının miqdarının azlığı, onların (atmosfer yağıntılarının) və delüvial axıntıların torpağın alt qatlarına keçməsinə maneçilik törədən torpağın orta qatının çox bərk olması ilə izah edilir. Bundan əlavə, burada sıx bitmiş qarağan bitkiləri özlərinin uzun kökləri vasitəsilə torpağın orta və alt qatlarından mütəmadi olaraq mövcud rütubəti transpirasiya edirlər.
Qeyd etmək lazımdır ki, torpaqdakı rütubətlə duzların dinamikası arasında əks əlaqə vardır. Belə ki, torpağın çox rütubətlənən üst qatlarında duzların miqdarı daim az (0,10-0,15%), az rütubətlənən alt qatlarda isə çox (1,0-1,5%) olur.
Delüvial yamacların orta qurşağında torpaqların nisbətən çox rütubətlənən üst qatının qalınlığı xeyli artıq və dinamikdir.
Burada torpağın dinamik olan üst qatının qalınlığı deluvial yamacların yuxarı zonasına nisbətən iki dəfə qalındır. Bu, zənnimizcə, delüvial yamacların orta qurşağının səth quruluşuna görə xeyli duz və az meyilli olması ilə izah edilir. Belə ki, bu halda həm delüvial axınların, həm də atmosfer yağıntılarının torpağın alt qatlarına keçməsinə münasib şərait yaranır.
5-ci (b) şəkildən göründüyü kimi, torpağın üst qatında rütubətin dinamikasının gedişatı, demək olar ki, delüvial yamacların üst zonasındakına uyğundur. Belə ki, burada torpağın üst qatlarında ilin quraq və isti aylarında rütubətin miqdarı az, rütubətli və soyuq aylarında isə çox olur.


Torpağın dinamik üst qatından aşağıda yerləşən qatlarda rütubətin miqdarı nisbətən az dəyişkən olub, 15-20% arasında tərəddüd edir. Ançaq çox nadir hallarda torpağın dərin qatlarında rütubətin miqdarı 20%-dən artıq olur. Bu, zənnimizcə, delüvial yamacların bu hissəsində qrunt suyunun kapilyar təsirinin tədricən başlanması ilə izah edilir.
Bu qurşaqda duzların dinamikası, demək olar ki, rütubətin dinamikasına uyğun gəlir. 5-ci (b) şəkildən göründüyü kimi torpaq profilində duzların dinamikasını göstərən əyrinin dəyişkənliyi düz xətt şəklindədir. Əyrinin dəyişkənliyi bir qədər torpağın 30-50 sm-lik üst və dərin qatlarında müşahidə edilir. Delüvial yamacların orta hissəsində yayılan torpaqların xarakterik xüsusiyyəti ondan ibarətdir ki, burada torpaq profilinin orta hissəsində uzun muddət duzların maksimum toplanması müşahidə edilir. Bu qatdan yuxarı və aşağı (130-200 sm-lik qatdan başqa) duzların miqdarı xeyli az olur.
Yüksək şorlaşmış torpağın orta qatında duzların miqdarı 2-3% arasında dəyişir. Lakin digər qatlarda duzların miqdarı müşahidə müddətində 1,5-2,0% təşkil edir.
Torpağın üst qatında isə duzların miqdarı bütün muşahidə müddətində 0,2-0,4% olub, qış-yaz aylarında az, yay aylarında isə çox miqdar təşkil edir. Bu halda torpağın az şorlaşmış üst qatının qalınlığı delüvial yamacların orta və yuxarı hissəsinə nisbətən çox az və həmin qatda duzların miqdarı xeyli çox olur.
Delüvial yamacların şleyf zonasının nisbətən hündur hissəsində yayılmış torpaqların su-duz rejimi torpağın üst qatında daha dinamikdir. Burada böyük miqdar (20-25%) rütubətlənməni göstərən əyri qış aylarında 100-130 sm-lik dərinliyə qədər düşə bilir. Eyni zamanda həmin miqdar rütubətlənmə şum qatında yazın axırına qədər davam edə bilir. Lakin az qalınlığa malik torpağın üst qatındakı quruma isə bütün yay ayları müddətində muşahidə edilir.
Torpağın dərin qatlarında, demək olar ki, ilin bütün vaxtlarında yüksək rütubətlənmə müşahidə edilir. Bu halda 170-200 sm-lik qatda rütubətin miqdarı 20-25%-i təşkil edir.
Duzların dinamikasına görə bu zonanın torpaqlarında zəif şorlaşmış (0,4-0,8%) az qalınlığa (10-45 sm.) malik olan üst qatın, duzların maksimum miqdarda (2,5-3,0%) toplandığı orta qatın və nisbətən az şorlaşan (2,0-2,5%) alt qatın olması xarakterikdir.
Delüvial yamacların şleyf zonasının nisbətən alçaq hissəsində yayılan torpaqların həmin zonanın nisbətən hündür hissəsində yayılan torpaqlarından fərqi ondan ibarətdir ki, burada torpaqların su-duz rejimi bütün profil üzrə dinamikdir.
Bu zona torpaqlarının alt qatlarının qrunt sularının kapilyar təsirilə rütubətlənməsi xarakterikdir. Bu təsir nəticəsində rütubətlənmə 50-80 sm qalınlığında olan torpağın dərin qatını əhatə edir. Eyni zamanda bu zona torpaqlarının üst qatında atmosfer yağıntılarının və delüvial axınların təsirilə rütubətlənmə bir qədər qalın qatı əhatə edir və həmin qatda rütubətin miqdarı xeyli çox olur.
Yay aylarında (iyun-sentyabr) torpağın üst qatları çox quruyur. Bu vaxt rütubətin miqdarı 5-9%-ə düşür. Payızda həmin qatda rütubətin miqdarı tədricən artaraq 15-18%-ə, qış aylarında maksimuma (20-25%-ə) çatır. Yazın əvvəllərindən rütubətin miqdarı tədricən azalmağa (15-20%) başlayır və yay aylarında minimuma çatır.
Torpağın orta qatında (orta hesabla 50-150 sm dərinlikdə) rütubətin miqdarı, demək olar ki, sabitdir. Burada ilin bütün vaxtlarında rütubətin miqdarı 15-20% arasında tərəddüd edir. Həmin qatdan aşağıda rütubətin miqdarı xeyli artır və 20-25% arasında dəyişir. Bu halda 20-25% rütubəti göstərən əyri ilin ayrı-ayrı vaxtlarında torpağın bu və ya başqa dərinliyinə doğru gah qalxır, gah enir. Bu, yəqin ki, qrunt suyunun kapilyar təsirinin dinamikası ilə əlaqədardır. Torpağın dərin qatlarında ən yüksək rütubətlənmə yaz aylarında olur ki, bu vaxt, zənnimizcə, ətraf sahənin suvarılması ilə əlaqədar olaraq qrunt suyunun səviyyəsi də qalxır.
Torpaqda rütubətin dinamkasına uyğun olaraq eyni zamanda duzların da rejimində böyük dinamiklik muşahidə edilir. Burada torpağın 80 sm-lik üst qatında duzlarının ayrı-ayrı qradisiyalarını göstərən əyrilər daha çox dəyişkəndir. Bu halda qış-yaz aylarında əyrilər tədricən aşağıya doğru əyilir, qalan aylarda isə əyrilər xeyli yuxarı qalxırlar.
Bu torpaqların duz dinamikasının xarakterik xüsusiyyəti odur ki, bunlarda da duzların maksimum miqdarda (3% və daha çox) toplanması bütün muşahidə müddətlərində torpağın 100-160 sm-lik orta qatında nəzərə çarpır. Lakin bu qatdan yuxarı və aşağı yerləşən qatlarda duzların miqdarı xeyli aşağı (2-3%) düşür.
Qeyd etmək lazımdır ki, duzların böyük dinamikliyi torpağın alt qatlarında da muşahidə edilir və bu, demək olar ki, tam mənası ilə rütubətin dinamikasına uyğun gəlir.
Beləliklə, tədqiq etdiyimiz rayonun torpaqları əsas xüsusiyyətlərinə görə üç qrupa bölünür:
1. Yüngül və orta gillicəli, şoranlı, yüksək dərəcədə şorakətləşmiş və impermasid (yuyulmayan) su-duz rejiminə malik olan deluvial yamacların yüksək hissəsinin torpaqları.
2. Ağır gillicəli və yüngül gilli, şoranvari, çox şorakətləşmiş yuyulan su-duz rejiminə malik olan delüvial yamacların orta hissəsinin torpaqları.
3. Orta və ağır gilli, şoran, xeyli şorakətləşmiş, səthdən və dərinlikdən çox rütubətlənən delüvial yamacların şleyf zonasının torpaqları.
Torpaqların yuyulması
Torpaqların yuyulması işini biz Siyəzən rayonunun N.Nərimanov adına və Sumqayıt rayonunun Kalinin adına kolxozlarında 1956-cı ilin iyul ayında aparmışıq. Torpaqların yuyulması drenaj fonunda: drenajsız, monolitlərdə və müxtəlif gips dozaları (5 və 15 ton) verməklə aparılmışdır.
Gips verməklə yuyulan sahəyə bir su norması (4000 m3/ha), qalan sahələrin hərəsinə isə 3 su norması (4000+4000+4000 m3/ha) verilmişdir.
Təcrübələrin nəticəsində müəyyən olmuşdur ki, gipssiz yuma prosesində birinci (4000 m3/ha) və nisbətən ikinci (4000+4000 m3/ha) su normaları torpaqlarda az miqdarda duzların yuyulmasına səbəb olur. Bu halda xüsusilə xlor daha çox yuyulur. Lakin torpaqların su keçirmə qabiliyyəti çox aşağı olduğu üçün üçüncu su norması (4000+4000+4000 m3/ha) duzların yuyulmasına təsir göstərə bilməmişdir. Su torpağın üzərində uzun muddət (20 günə qədər) qaldığı üçün torpaqlarda nisbətən şorlaşma prosesi getmişdir.
Gips verməklə torpaqların yuyulması prosesində əhəmiyyətli dərəcədə duzların yuyulması olmamışdırsa da, lakin torpağın su keçirmə qabiliyyəti xeyli artmışdır. Əgər gipssiz yuyulan sahədə verilmiş 4000 m3/ha su norması torpaqa 8-10 sutkaya keçmişdirsə, gips verilən sahədə həmin miqdar su bir sutka ərzində torpaqa keçmişdir.
Bu torpaqların yuyulması işi uzun vaxt, gips verməklə müxtə1if su normalarının, fitomeliorasiya tədbirlərinin tətbiq olunmasını tələb edir.



Oxunub: 2710

Şərhlər: 1
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

Kitablar

Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri
Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması
Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası
Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri
Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması
Dağlarım mənim Dağlarım mənim