Fizuli Əhmədov (Bakı)

Font:      

Əvvəla, bu saytı yaradanlara və gələcəkdə inkişaf etdirəcək insanlara öz dərin minnətdarlığımı bildirirəm.
Çox maraqlıdır. Bu yeni bir mədəniyyət nümunəsidir. Əgər bir millət kimi öz görkəmli alimlərimizə dəyər versək və bununla yanaşı onların yaradıcılığından düzgün bəhrələnə bilsək biz qalib gələrik.
Belə saytların yaradılması xalqımızın maarifləndirilməsi sahəsində yeni bir addımdır. Xalqın görkəmli ziyalılarının yalnız yaradıcılığı ilə yox, həm də bu ziyalıların mənalı və digərlərinə örnək ola biləcək həyat fəaliyyəti ilə tanış olmaq gənc nəslin tərbiyəsi işində çox mühümdür.
Mən əminəm ki, Azərbaycan xalqına xas olan yüksək mədəniyyətin və əxlaqın daşıyıcısı olan Muxtar müəllimin qısa, lakin çox maraqlı ömrü və zəngin yaradıcılığı gələcək nəslin formalaşmasında mühüm rol oynayacaqdır. Bu sayt vasitəsi ilə ixtisaslı mütəxəssislər Muxtar müəllimin elmi yaradıcılığı ilə də tanış olaraq ondan bəhrələnə bilərlər.
Muxtar müəllim mənim qəlbimdə həmişə yüksək intellektə, ensiklopedik biliyə malik olan alim, təbiətin gözəlliyini incəliklərinədək duya bilən şair qəlbli rəssam, öz geniş qanadları altında tək öz övladlarına deyil minlərlə insana qayğı göstərən böyük ürəkli ağsaqqal kimi və böyük təmkinlik göstərərək öz biliyini gənc nəslə verməkdən qürur duyan əsl müəllim kimi həmişə yaşayır.
Mən fəxr edirəm ki, Muxtar müəllim mənim də müəllimim olub, mən də onun elmi nailiyyətlərindən bəhrələnmişəm, mən də onun atalıq qayğısını öz üzərimdə hiss etmişəm.
ALLAH Muxtar müəllimi Rəhmət eləsin!

Fizuli Əhmədov Teymur oğlu
bioloji elmlər namizədi,
ekoloq



Oxunub: 1638

Şərhlər: 0
Bu məqaləyə fikir bildir və ya şərhlərə bax

Kitablar

Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri
Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması
Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası
Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri
Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması
Dağlarım mənim Dağlarım mənim