Zerkalo, 07.04.2012
Elmə həsr edilmiş ömür.

Font:      

Nağıyev P.Y., Milli aerokosmik agentliyinin təbii resursların kosmik araşdırmaları institunun şöbə müdiri. kənd təsərrüfatı elmlər namizədi.

Əslən Qəbələnin Bum kəndindən olan nəslin nümayəndəsi Muxtar Razqulu oğlu Abduyev 1926-cı ildə Ağdaş rayonunun Üçqovaq kəndində bağban Rzaqulubəy Abdubəyin ailəsində anadan olmuşdur.

M.R.Abduyev 1941-ci ildə Ağdaş rayonu orta məktəbi, 1944-cü ildə Ağdaş pedaqoji məktəbi, 1951-ci ildə isə coğrafiyaşünas peşəsi üzrə Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakultəsini bitirmişdir.

M.R.Abduyev elmi işgüzar fəaliyyətə 1951-ci ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının Torpaqşünaslıq və aqrokimya institutunda laborant kimi başlamışdır.
Qısa müddət ərzində həmkarları arasında özünü işgüzar, bilikli və bacarıqlı cavan mütəxəssis kimi göstərə bilmişdir. Məhz bu cəhətlər M.R.Abduyevə aspirant kimi bir ildən sonra elə həmin İnstitutda görkəmli torpaqşünas, SSSR EA-nın müxbir üzvü, Azərbaycan SSR EA-nın akademiki V.R.Volobuyevin rəhbərliyi altında «Şirvan düzünün şərq hissəsi torpaqlarında duz-su dinamikası» mövzusunda dissertasiyasının elmi-tədqiqat işinə başlamağa kömək edir.

Şirvan düzü torpaqlarının tədqiqatına və laborator analizinə yekun vuraraq M.R.Abduyev 1956-cı ildə dissertasiya müdafiə edərək 1957-ci ildə kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsini almışdır.

1957-ci ildə Azərbaycan SSR EA-nın nəşriyyatında M.R.Abduyevin “Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri” adlı monoqrafiyası çap edilmişdir.

On il ərzində apardığı respublikanın suvarılan torpaqlarının tədqiqi işi üzərində yorulmaq bilmədən çalışan M.R.Abduyev çöl tədqiqatlarının nəticələrini ümumiləşdirərək 1966-cı ildə “Delüvial formalı şorlaşmış torpaqlar və onların meliorasiyası məsələləri” mövzusunda doktorluq dissertasiyasını müdafiə edir və 1967-ci ildə kənd təsərrüfatı elmləri doktoru alimlik dərəcəsinə layiq görülür.

Akademik V.R.Volobuyevin redaktorluğu altında kənd təsərrüfatı elmləri doktoru M.R.Abduyev 1968-ci ildə rus dilində “Delüvial formalı şorlaşmış torpaqlar və onların meliorasiyası məsələləri” (Почвы с делювиальной формой засоления и вопросы их мелиорации), 1977-ci ildə isə – “Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası” (Ускоренная мелиорация глинистых солончаков Азербайджана) adlı kitablarını dərc etmişdir.

“Delüvial formalı şorlaşmış torpaqlar və onların meliorasiyası məsələləri” monoqrafiyasında dünyada ilk dəfə olaraq M.R.Abduyev delüvial formalı şorakətləri, onların xüsusiyyətlərini, əmələ gəlmələrinin şərtlərini, duzların torpağa keçməsini, duzların əmələ gəlməsini və başqa məsələləri nəzərdən keçirir.

Bunda əlavə, M.R.Abduyev kitabında Şirvan düzünün şərq hissəsi, Siyəzən-Sumqayıt massivi və Mil düzü torpaqlarının dellüvial şorakətlərinin duz-su rejiminin tədqiqini, bu və digər təcrübə sahələrində elmi tədqiqat işlərinin nəticə və metodikasını göstərir.

M.R.Abduyevin 1977-ci ildə nəşr edilmiş “Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası” monoqrafiyasında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi məqsədi ilə şorakət torpaqların, respublikanın suvarılan torpaqlarının ağır mexaniki tərkibli duzlardan yuyulmasının effektiv metodikası təsvir edilmişdir.

Elmi fəaliyyəti ərzində M.R.Abduyev 6 monoqrafiya və 130-dan çox məqalənin müəllifi olmuşdur. Bu müddət ərzində onun rəhbərliyi altında 10 elmlər namizədi və 1 elmlər doktoru hazırlanmışdır.

M.R.Abduyev 1954-cü ildən başlayaraq yaradıcılığının son günlərinə qədər (1979) Azərbaycan SSR EA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır: kiçik elmi işçi, baş elmi işçi, elmi işlər üzrə direktor müavini, “ Torpaqların rekultivasiyası” laboratoriyasının müdiri.

Kənd təsərrüfatı elmləri doktoru, profesor M.R.Abduyevin şorlaşmış torpaqların meliorasiyası üzrə apardığı elmi iş Azərbaycan Kənd təsərrüfatı nazirliyi və Meliorasiya və su təsərrüfatı nazirliyinin mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilimişdir.

M.R.Abduyev V.V.Dokuçayev adına mükafata təqdim edilmişdir.

M.R.Abduyev keçmiş SSSR torpaqşünaslarının beynəlxalq qurultaylarında delüvial formalı şorlaşmış torpaqların meliorasiyası problemləri və torpaqşünaslıq elminin digər problerinə dair məruzələrlə çıxış etmişdir.

Muxtar Abduyev təbiəti çox sevərdi. Çöl tədqiqat işləri ilə bağlı vaxtının çox hissəsini açıq havada, təbiət qoynunda keçirməli olurdu. Mürəkkəb elmi tədqiqat işləri ilə yanaşı sərbəst vaxtlarını poeziyaya həsr edərdi.

M.R.Abduyevin nəşr etdiyi “Mənim dağlarım” adlı kitabındaki təbiətlə bağlı “Görmək istəyirəm” şerində bəzi kənd təsərrüfatı sahələrində tez-tez rast gəldiyi şorakətlərin duzlardan yuyularaq tezliklə yaxşılaşması arzusunu aşağıdakı misralarla ifadə etmişdir:

На белом как хлопок поле
Растительность желтеет, увядает.
Хочу видеть солончаки, промытые от соли,
Ведь их трудно восстановить бывает.

Kənd təsərrüfatı elmləri doktoru, professor M.R.Abduyev dostlarının və onu tanıyan insanların xatirəsində elmi ümümuiləşdirmə bacarığı olan yüksək intellektual səviyyəli bir ailim kimi əbədi olaraq qalacaqdır.



Oxunub: 1661

Kitablar

Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri
Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması
Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası
Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri
Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması
Dağlarım mənim Dağlarım mənim