Ekoloji fəaliyyətlə məşğul olan alim

Font:      

Son dövrlər təbiət elmlərinə olan maraq artmışdır, lakin bu o demək deyildir ki, bununla bağlı yeni bir inkişaf vardır və ya bu məsələ Qərbin xüsusi diqqətindədir.
Sovet rejimi idarəçiliyi altında yaşamış və fəaliyyət göstərmiş görkəmli Azərbaycan aliminin 6 kitabının nəşr olunması, müxtəlif vaxtlarda və müxtəlif yerlərdə bir çox dəyərli əsərlərin yazılmasını bizə zamanında xatırladır.
Torpaqşünas alim Muxtar Abduyevin (1926-79) elmi fəaliyyəti çox yararlı olmuşdur. Belə ki, alim daima çalışmışdır ki, elmi insanların istifadəsinə yararlı formaya sala bilsin. İnsanların ehtiyaclarını ödəmək üçün yemək və su təminatından daha fundamental əsaslı şeylər vardır.
Alimin vətəni ərazi etibarı ilə kiçikdir, lakin müxtəliflik etibarı ilə çox zəngindir. Demək olar ki, burada dünyanın bütün iqlim qurşaqlarını görmək mümkündür. Əlbəttə ki, Azərbaycan hal-hazırda öz zəngin neft və qazı ilə tanınır, eyni zamanda vacib kənd təsərrüfatı sənayesinə də sahibdir: meyvə və taxıl məhsulları, həmçinin heyvandarlıq.
Azərbaycanın məhsuldar ölkə olmasına baxmayaraq, onun da bütün ölkələr kimi, müəyyən ekoloji problemləri vardır. Muxtar Abduyev həmin ekoloji problemlərdən biri olan şorlaşmış torpaqlarıtədqiq edib, xüsusən də ölkəsinin Mil düzənliyini. O geniş ərazilərin kənd təsərrüfatında məhsuldar istifadəsi naminə öz tədqiqatlarında, iş sahəsində və laboratoriya eksperimentləridə tədqiq olunmayan bir hissə qoymurdu.
O yalnız hansısa bir məsələnin həlli ilə məşğul olmurdu, eyni zamanda öz təcrübə və biliyini yaymaq, onları gələcək nəsillərə ötürmək istəyirdi.
Professor Abduyevin ailəsi Azərbaycanın Qəbələ rayonundan idi. Azərbaycan Milli Elmlər Akademiyası ölkənin Torpaqşünaslar Cəmiyyəti ilə birlikdə iyun ayında onun xatirəsinə və əsərlərinə həsr olunmuş Konfrans təşkil etmişdir. Professorun 6 kitabı həmçinin İngilis və Rus dillərinə tərcümə edilib və nəşr olunaraq Konfransda təqdim edilib. Elmi əsərlərin təqdim edilməsindən əlavə, onun Azərbaycan Dövlət Universitetində və başqa institutlarda yetişdirdiyi tələbələri, öz müəllimlərinə bir alim kimi onlara göstərdiyi diqqətə, insanların faydası üçün necə səy göstərməsinə və özündən sonrakı davamçılarına olan sevgisinə görə öz minnətdarlıqlarını bildiriblər.
Sovetlər Birliyinin dağılmasından sonra Sovet Elmlər Məktəbi də dağıldı və həmin Birliyin tərkibində olmuş 15 respublika arasındakı əməkdaşlıq da kəsildi. Azərbaycan da daxil olmaqla bu ölkələr əvvəllər Qərb elmindən təcrid olunmuşdu və onlar bu məsələnin öhdəsindən gəlməli oldular. Bu kitabların nəşri ölkənin müstəqil inkişafında atılmış bir addım oldu. Bu nəşrlər Azərbaycanda nəşr olunmuş ilk elmi kitablarıdır ki, İthaca Press kimi nüfuzlu bir nəşriyyat tərəfindən tərcümə olunaraq dəstəklənib. Kitabları nəşriyyatçılar və Amazon kimi web saytlar vasitəsi ilə əldə etmək mümkündür və heç şübhəsiz ki, bu, Qərbin professor Muxtar Abduyev kimi alimlərlə tanışlığına xidmət edəcəkdir. Bari Universitetinin professoru Nicola Senesi iyun konfransında qeyd etdi ki, güman ki bu hadisə daha geniş auditoriyanı Azərbaycanın şöhrətli alimlərinin bəşəriyyətin inkişafına verdiyi töhvələr barədə məlumatlandıracaqdır.
Professor Muxtar Abduyevin kitabları:
• Azərbaycanın gilli şoranlıqlarının sürətli meliorasiyası
• Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması
• Delüvial torpaqlar və onların meliorasiyası
• Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
• Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması
• Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri


Ian Peart
"Visions of Azerbaijan" jurnalının redaktoru



Oxunub: 1582

Kitablar

Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri
Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması
Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası
Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri
Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması
Dağlarım mənim Dağlarım mənim