MUXTAR ABDUYEV

DAĞLARIM MƏNİM

Geniş düzlərimə bəzəksiniz siz,
Adı əzəmətli dağlarnn mənim!
Ana torpağıma gərəksiniz siz,
Əzəldən qüdrətli dağlarım mənim!

Sıldırım qayanda təkələr gəzər,
Başının üstündə qartallar süzər...
Yaşıl ətəyini çiçəklər bəzər,
Qucağı nemətli dağlarım mənim!

Məxmər çəmənlərdən önlüyün vardır,
Sırsıra buzlardan günlüyün vardır,
Min sözlü-söhbətli şənliyin vardır –
Möhtəşəm, qamətli dağlarım mənim!

Siz keşik çəkdiniz doğma vətənə,
Mərd sinə gərdiniz qanlı düşmənə...
Yenə də qoynunuz döndü gülşənə,
Qəhrəman, sərvətli dağlarım mənim!

6. VII. 1968