MUXTAR ABDUYEV

SÖYÜDLƏR

Sular kənarında yollar boyunca,
Sıraya düzülüb salxım söyüdlər.
Sərin kölgənizdə yatıb doyunca
Xəyal aləminə dalım, söyüdlər!

Mən sizi həyatın çöhrəsi bildim,
Baharın gəlişi, müjdəsi bildim,
Şairin ilhamı, səcdəsi bildim
Ülfəti mən sizdən alım söyüdlər!

Yazda da, yayda da siz xumarsınız,
Təzə gəlin kimi tər-tumarsınız,
Utanmayın, deyin nə umarsınız,
Qoy sizə diqqətlə baxım, söyüdlər!

Salxım saçlannız yerə sallanır,
Həzin meh əsdikcə sanki hallanır,
Könlümdə cürbəcür arzu canlanır,
Hər sizə baxanda canım söyüdlər!

6.VII.1968