MUXTAR ABDUYEV

Azərbaycanın qərbsahili Xəzər düzənliyi şəraitində bitki kütlələrinin məhsuldarlığı

XÜLASƏ
Apardığımız tədqiqat işlərinin nəticəsində müəyyən edilmişdir ki, respublikanın Xəzərsahili düzənliyində ərazinin yüksəkliyinin, bitki və torpaq örtüyünün dəyişilməsinin bitki kütləsinin miqdarına böyük təsiri vardır. Belə ki, bitkilərin yerüstü və yeraltı hissəsinin miqdarı delüvial yamacların yuxarı hissəsindən, şleyf zonasına doğru qanunauyğun olaraq azalır. Bu halda şleyf zonasında bitki qalıqlarının miqdarı delüvial yamacların yuxarı zonasına nisbətən üç dəfədən cox azlığı təşkil edir (məqalədəki cədvələ bax).