MUXTAR ABDUYEV

Oğlu İlham Abduyev

Hörmətli sayt izləyiciləri!
Torpaqşünas alim Azərbaycan Respublikası EA-nın müxbir üzvü, professor Muxtar Abduyevin saytının işıq üzü görməsi, onun bir ailə üzvü kimi mənim üçün də çox sevindiricidir. Atamın alimlik zəhməti müasir texnologiya vasitəsi ilə böyük oxucu kütləsinə açıq oldu. Dörd dildə fəaliyyət göstərən bu sayt əslində həm tələbələr, həm gələcək alimlər üçün bir elmi bazadır. Rus, Türk, İngilis dilində danışan hər bir kəs bu saytdan səmərəli faydalanacaq. Professor Muxtar Abduyev bütün həyatı boyu gənc alimlərin hazırlanmasında böyük əmək sərf etmişdir. Bu gün onun özündən sonra qoyub getdiyi elmi irs bu saytın vasitəsi ilə bir daha gələcək alimlərin hazırlanmasında böyük rol oynayacaqdır. Əminəm ki, bundan atamın ruhu şad olacaqdır. İzləyicilərimizin saytdan daha çox yararlanması üçün mən də həmişə əlimdən gələn qədər kömək etməyə çalışacam. İnanıram ki, bu saytla bağlı ümidlərimiz doğrulacaq və elmdə qazanacağınız uğurlarda bu saytın rolu əvəzsiz olacaqdır.