Xatirələr və arzular

Adınız:
E-poçtunuz:
Mesajınız:
Təhlükəsizlik kodu:
Kodu daxil ediniz:

Oğlu İlham Abduyev


Hörmətli sayt izləyiciləri!
Torpaqşünas alim Azərbaycan Respublikası EA-nın müxbir üzvü, professor Muxtar Abduyevin saytının işıq üzü görməsi, onun bir ailə üzvü kimi mənim üçün də çox sevindiricidir. Atamın alimlik zəhməti müasir texnologiya vasitəsi ilə böyük oxucu kütləsinə açıq oldu. Dörd dildə fəaliyyət göstərən bu sayt əslində həm tələbələr, həm gələcək alimlər üçün bir elmi bazadır. Rus, Türk, İngilis dilində danışan hər bir kəs bu saytdan səmərəli faydalanacaq. Professor Muxtar Abduyev bütün həyatı boyu gənc alimlərin hazırlanmasında böyük əmək sərf etmişdir. Bu gün onun özündən sonra qoyub getdiyi elmi irs bu saytın vasitəsi ilə bir daha gələcək alimlərin hazırlanmasında böyük rol oynayacaqdır. Əminəm ki, bundan atamın ruhu şad olacaqdır. İzləyicilərimizin saytdan daha çox yararlanması üçün mən də həmişə əlimdən gələn qədər kömək etməyə çalışacam. İnanıram ki, bu saytla bağlı ümidlərimiz doğrulacaq və elmdə qazanacağınız uğurlarda bu saytın rolu əvəzsiz olacaqdır.

Fizuli Əhmədov


Mən professor Muxtar Abduyevin çoxsaylı tələbələrindən biriyəm

8-10 iyun 2012-ci il tarixində Bakı və Qəbələ şəhərlərində professor Muxtar Abduyevin 85 illiyinə həsr olunmuş “Azərbaycan torpaqları: genezis, coğrafiya, meliorasiya, səmərəli istifadə və ekologiya” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirildi.
Beynəlxalq konfransın təşkilatçıları milli ənənələrə sadiq qalaraq konfrans iştirakçılarına yüksək qonaqpərvərlik nümayiş etdirdilər. Azərbaycanın görkəmli alimləri və tanınmış xarici alimlər öz elmi nailiyyətlərini bölüşdülər, gənc alimlər isə yeni təcrübə qazandılar. 20-dən çox ölkəni təmsil edən ən aparıcı alimlərin çıxışları, çıxışlar ətrafında qızğın müzakirələr, diskusiyalar bu tədbirin nə qədər mühüm və arzuolunan tədbir olmasını göstərirdi. Professor Muxtar Abduyevi şəxsən tanıyan və ya onun əsərləri ilə yaxından tanış olan tanınmış alimlər öz xatirələrini və elmi mülahizələrini konfrans iştirakçıları ilə bölüşdülər.

Akif Orucov (Bakı)


Salam, bu saytın istifadəyə verilməsi münasibəti ilə Sizləri təbrik edirem. Mən Torpaqşunaslıq və Aqrokimya İnstitutunda çalişan bir gənc alim (28 yas) olaraq bu infofmasiyalardan gələcək elmi tədqiqat işlərində istifadə etməyə çalisacağam, həmçinin BDU-nun Torpaqşunaslıq kafedrasında müəllimlik edirəm və orada da bu informasiyanın tələbələrin istifadə etməsini olduqca onların təhsilinin keyfiyyətinə təsir edəcəyinə inanıram. Bir daha bu işiniz üçün sizə təşəkkür edirəm.

Həcər Yahyayeva (Bakı)


Çox maraqlı insandır.... Bir zamanlar tələbəsi olmuşam, demək olar ki, Muxtar müəllimi heç xatırlamırdım bele, necə deyərlər yadıma belə düşmürdü açıgı unutmuşdum. Amma xoş bir təsadüf məni yenidən beyin dəftərimi vərəqləməyə sövq etdi. Halal olsun bu insan haqda məlumatları tapıb bizlərlə paylaşanlara. Məni kövrəltdiniz... Çox böyük bir insanın xatirələrimdə yenidən canlanmasını bu sayt vasitəsilə oyatdınız. Mən bu kəlimələri yazarkən belə gözlərim doldu.... O İNSAN bir şəxsiyyətin tələbəsi oldugumdan bir daha qürur duydum.

Orxan Səlimov (Bakı)


Əvvəla salam!
Çox sevindirici haldı ki,professor Muxtar Abduyev haqqında sayt açılıbdı.Bu təşəbbüsü göstərən hər bir şəxsə təşəkkürümü bildirirəm! Mən bu saytdan yararlanmağa çalışacam! Cox sağolun!'
Dağlarım Mənim kitabına görə sizə təşəkkürümü bildirirəm! Bu kitab kənd təsərrüfatı elmlər dokturu Muxtar Abduyevin maraqlı şeirlər toplusudur. Bu kitabda Gördüm,İstərəm,Nə Gərək və s. şeir parçaları çox xoşuma gəldi.MƏNİM ATAM kitabınıda oxumşam.Bu kitabda sizin nəsilinizdən,soyunuzdan söhbət açmısız.Bu kitabda sizin uşaqlıqdakı taleyiniz daha çox məndə maraq doğurdu.Mən bu kitabı ilk dəfə 2005-ci ildə oxumşam(7-də oxuyanda) və bəlkədə uşaqlınız mənə maraqlı gəldi.Çox sağolun!

Samirə İsayeva (Bakı)


Salam. Mən bir şeyi başa düşmədim. Bu alim haqqında niyə heç bir mətbu orqanda (TV, jurnal, qəzet) təbliğat aparılmır. TV-lərdə o qədər yersiz adamlar haqda verilişlər hazırlanır amma bu alimlər haqda heç bir xəbər belə verilmir. Muxtar muəllimin yazılarının hər biri ayrı-ayrılıqda çox böyük rezonans doğuracaq məsələlərdir. Amma, bir tərəfdən də təəssüf hissi keçirirəm ki, Azərbaycanda internetdən istifadə edənlərin az olması Muxtar müəllimin biliyindən az istifadə edilməsi deməkdir. Mənim təklifim olardı ki, Muxtar müəllimlə bağlı geniş elmi-publisistik verilişlər hazırlansın. Belə böyük alimlərin tanıdılması hər bir azərbaycanlının borcudur və vəzifəsidir. Mən özüm araşdırmacı olduğum üçün burada olan məlumatlar mənim elmi işimdə çox köməkliyi olacaq. Mənə ən çox köməklik edən Muxtar müəllimin əlyazmaları oldu.

Dr. Cavid (Praqa)


Saytın açılışı məni çox sevindirdi. İnsan həyata keçirilən bir işdə öz əməyinin azacıq da olsa zəhmətini görəndə çox sevinir. Böyük insansız səmimiyyətimə inanin. Mən neçə illərdir elm adamları ilə çalışıram və insanları bir az tanıya bilirəm. Sizə çox böyük dəyər verirəm. Sadəcə onu demək istəyirəm ki, hər şeyə görə çox sağ olun.

Fizuli Əhmədov (Bakı)


Əvvəla, bu saytı yaradanlara və gələcəkdə inkişaf etdirəcək insanlara öz dərin minnətdarlığımı bildirirəm.
Çox maraqlıdır. Bu yeni bir mədəniyyət nümunəsidir. Əgər bir millət kimi öz görkəmli alimlərimizə dəyər versək və bununla yanaşı onların yaradıcılığından düzgün bəhrələnə bilsək biz qalib gələrik.
Belə saytların yaradılması xalqımızın maarifləndirilməsi sahəsində yeni bir addımdır. Xalqın görkəmli ziyalılarının yalnız yaradıcılığı ilə yox, həm də bu ziyalıların mənalı və digərlərinə örnək ola biləcək həyat fəaliyyəti ilə tanış olmaq gənc nəslin tərbiyəsi işində çox mühümdür.

Rüfət Mərdanlı (Bakı)


Mən Odlar Yurdu Universitetinin 3-cü kurs tələbəsiyəm.Universitetdə verilən bir mövzu ətrafında googla axtarış edərkən bu saytla qarşılaşdım.Mənə lazım olan məlumatların 90-95%-ni mən bu saytda tapdım.Mən onun yazılarını oxuyub bu qənaətə gəldim ki, O həqiqətən də böyük alim olmuşdur. Bu saytın tərtibatcilarina öz minnətdarlıgımı bildirirəm ki, belə gözəl sayt ərsəyə gətiriblər.

Fariz Hüseynov (ABŞ)


Sayt mənim üçün əla fürsət oldu təhsil aldığım universitetdə və .s. elmi müəssisələrdə bu saytın tanıdılması üçün dünən 600 yaxın meil göndərdim. Sizi və hər bir azərbaycanlını təbrik edirəm.

[1] [2]

Kitablar

Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri
Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması
Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası
Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri
Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması
Dağlarım mənim Dağlarım mənim