Məqalələri

Azərbaycanın qərbsahili Xəzər düzənliyi şəraitində bitki kütlələrinin məhsuldarlığı


Apardığımız tədqiqat işlərinin nəticəsində müəyyən edilmişdir ki, respublikanın Xəzərsahili düzənliyində ərazinin yüksəkliyinin, bitki və torpaq örtüyünün dəyişilməsinin bitki kütləsinin miqdarına böyük təsiri vardır.

Duzların miqrasiyasında diffuziyanın əhəmiyyəti


Torpaqlarda duzların diffuziyasının dəyişmə qanunauyğunluqlarının müəyyən edilməsi nəzəri və praktiki cəhətdən çox əhəmiyyətlidir. Lakin buna baxmayaraq, torpaqlarda duzların diffuziya prosesinin öyrənilməsi çox az tədqiq edilmişdir.

Siyəzən-Sumqayıt massivi şəraitində delüvial formada şorlaşmış torpaqların kimyəvi səciyyəsi haqqında bəzi məlumatlar


Dağətəyi düzənliyin torpaqları respublikada əkin sahələrinin genişləndirilməsində böyük ehtiyat mənbəyidir. Lakin bu torpaqlar müxtəlif delüvial formada şorlaşmışdır. Bu torpaqlar çox az öyrənilmişdir.

Mil düzü şəraitində şorlaşmış sahələrin dinamikası


Hal-hazırda Mil düzündə böyük miqyasda suvarma və meliorasiya işləri aparılır. Bunun nəticəsində də ərazinin torpaqlarında müəyyən dəyişikliklər baş verir.

Azərbaycanda delüvial mənşəli şoran torpaqlar və onların islah şəraiti


Azərbaycanda delüvial mənşəli şorakət torpaqlar, əsasən, respublikanın maili düzənlik sahəsində yayılmışdır. Belə torpaqların fiziki-kimyəvi xassələri pis olduğundan onlar kənd təsərrüfatında çox cuzi miqdarda istifadə olunur.

Kür-Araz ovalığı şəraitində delüvial formada şorlaşmış torpaqlarin spesifikası haqqında


Azərbaycanın dağətəyi zonasında geniş sahədə delüvial formada şorlaşmış torpaqlar yayılmışdır. Bu torpaqların xüsusiyyətləri haqqında ədəbiyyatda, demək olar ki, bu günə kimi heç bir məlumat verilməmişdir.

Şərqi Şirvan torpaqlarının şorlaşma şəraiti və tipləri


Hazırda Şirvan düzü torpaqlarının çox hissəsi (70%-ə qədəri) kənd təsərrüfatında istifadə edilmir. Ərazinin torpaqlarının istifadə olunmasına burada mövcud olan çayların az sulu olması nəticəsində suvarma suyunun çatışmaması, torpaqlarda təkrar şorlaşmanın əmələ gəlməsi və s.

Şərqi Şirvan düzünün geomorfologiyasına dair


Şirvan düzünün geomorfologiyasına dair ilk sxematik məlumat S.İ.Tyüremnov, S.A.Zaxarov və V.A.Priklonskinin əsərlərində verilmişdir. Bunlardan əlavə, V.R.Volobuyev, L.N.Qorodetski, Y.P. Lebedev, M.D. Qavrilov,

Şərqi Şirvan torpaqlarının su rejimi haqqında


Məqalədə göstərilir ki, 2 №-li Şirvan stasionarı torpaqlarını xarakterizə еdərkən torpaqların su dinamikasının iqlim şəraitindən, yeraltı suların səviyyəsinin dəyişməsindən, süni suvarmadan, torpağın mexaniki tərkibindən və bitki örtüyünün növündən asılı olduğu nəticəsinə gəldik.

Azərbaycanın düzənlik şəraitində yovşan bitkilərinin kök sistemləri haqqında


Yovşan bitkilərinin kök sistemlərinin öyrənilməsi az tədqiq edilmiş məsələlərdən biridir. Bu bitkilərin kök sistemlərinin inkişafetmə qanunauyğunluqarı və onların formaları haqqında hələlik ədəbiyyatda vahid bir fikir yoxdur. Bu məsələ barəsində müxtəlif alimlər, müxtəlif fikirlər söyləmişlər.
   [1] [2]

Kitablar

Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri Şirvan düzü torpaqlarının şorlaşması və onunla mübarizə tədbirləri
Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması Mil düzü torpaqlarının meliorativ yaxşılaşdırılması
Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası Azərbaycanın gilli şorakətlərinin sürətli meliorasiyası
Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri Delüvial formalı şorakət torpaqlar və onların meliorasiya məsələləri
Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları Azərbaycanın düzənlik hissəsinin delüvial formada şorlaşmış torpaqları
Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması Azərbaycanda şorakət torpaqlar və onların yaxşılaşdırılması
Dağlarım mənim Dağlarım mənim