Çox oxunanlar
|
Baş səhifəAbduyev Muxtar Rzaqulu oğlu (14.02.1926 – 16.07.1979)-torpaqşünas, k.t.e.d. (1966), prof. (1971). Abduyev M.R. 1968-1979-cu illərdə Azərbaycan SSR EA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun elmi işlər üzrə direktor müavini, eləcə də həmin İnstitutun rekultivasiya laboratoriyasının müdiri vəzifələrində çalışmışdır. Muxtar Rzaqulu oğlu Abduyev 1926-cı ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olmuşdur. 1941-ci ildə Ağdaş rayon 3 saylı orta məktəbini, 1944-cü ildə isə Ağdaş Pedaqoji Məktəbini bitirmişdir. M. Abduyev 1951-ci ildə ADU-nun geoloji-coğrafiya fakültəsini bitirdikdən sonra torpaqşünaslıq ixtisası üzrə Azərbaycan SSR EA-nın aspiranturasına daxil olmuş və 1956-cı ildə «Şirvan düzünün şərq hissəsi torpaqlarında şorluğunun dinamikası» mövzusunda dissertasiya müdafiə edərək kənd təsərrüfatı elmləri namizədi alimlik dərəcəsini almışdır. 1955-1965-ci illərdə apardığı gərgin elmi tədqiqatlar nəticəsində Abduyev ilk dəfə olaraq «Delüvial formalı şorlaşmış torpaqlar və onların meliorasiyası məsələləri» mövzusunda doktorluq dissertasiyası (1966) müdafiə etmişdir. 1971-ci ildə ona professor dərəcəsi verilmişdir. |
Kitablar |